Accessibility links

Müxalifət fəallarının aclıq aksiyası 5 gündür davam edir


Müxalifət fəallarının aclıq aksiyası 5 gündür davam edir

Müxalifət fəallarının aclıq aksiyası 5 gündür davam edir

Müsavat Partiyasının qərargahında keçirilən aksiyada hazırda 8 müxalifət fəalı və İctimai Palatanın 2 aprel mitinqindən sonra həbs edilən fəalların valideynləri iştirak edir.

Məhbus Ailələri Komitəsinin təşəbbüsü ilə oktyabrın 14-dən “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aclıq aksiyası keçirilir.

Müsavat Partiyasının qərargahında keçirilən aksiyada hazırda 8 müxalifət fəalı və İctimai Palatanın 2 aprel mitinqindən sonra həbs edilən fəalların valideynləri iştirak edir. Belə ki, AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Nurəddin Məmmədli, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, Müsavat Partiyasının funksionerləri Aydın Acalov, Rövşən Dəmirli ,Yavər Şirinxub və Rahib Mirələmov, 2 aprel məhbusu Babək Həsənovun qardaşı Cavid Həsənov aclığı davam etdirir.

Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqindən sonra 14 müxalifət fəalı məhkum edilib. Onların 13 nəfəri barəsində 1,5 ildən 3 ilədək həbs hökmü çıxarılıb. Bundan öncə isə 4 nəfər siyasi fəal, hüquq müdafiəçisi və bloger barəsində məhkəmə həbs hökmü çıxarıb. Hüquq müdafiəçiləri ümumilikdə ölkədə 70-dək insanın siyasi motivlərlə həbsdə olduğunu bildirir.

XS
SM
MD
LG