Accessibility links

Müxalifət fəallarının məhkəmə istintaqı yekunlaşıb


Müxalifət fəallarının məhkəmə istintaqı yekunlaşıb

Müxalifət fəallarının məhkəmə istintaqı yekunlaşıb

Bu gün məhkəmədə Müsavat Partiyasının sədri İsa Qəmbər və AXCP rəhbəri Əli Kərimli şahid qismində ifadə verib. İş üzrə təqsirləndirilənlər Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, həmin partiyanın şöbə müdiri Məmməd Məcidlidir

Səbael rayon məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə müxalifətin 2 aprel aksiyasında iştirakla bağlı ittiham olunan 4 müxalifətçinin məhkəməsində Müsavat Partiyasının sədri İsa Qəmbər və AXCP rəhbəri Əli Kərimli şahid qismində ifadə verib.
İsa Qəmbər bildirib ki, mitinqdə hər-hansı qanun pozuntusuna yol verilməyib. Bununla belə, o deyib ki, 2 aprel mitinqi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürə bilər. Bu zaman cənab Qəmbər həbslərin hələ mitinqdən əvvəl başladığına diqqət çəkib.
Onun fikrincə, bu iş üzrə həbs edilənlər siyasi motivlərlə cinayət təqibinə məruz qalır. “Bu il Müsavat Partiyasının yaradılmasının 100 illiyi və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi qeyd olunacaq. Əgər həmin əlamətdar günlərdə mənim tərəfdaşlarım yanımda olmasa, mən bunu Azərbaycan hakimiyyətinə və məhkəməsinə bağışlamayacağam”, - deyə o qeyd edib.
Əli Kərimli deyib ki, aksiya zamanı həbs edilənlər qanunu pozmayıb, dinc şəkildə demokratik seçkilər və korrupsiyanın aradan qaldırılmasını tələb edib.“Aksiyalarla bağlı məni Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb xəbərdarlıq ediblər. Bununla bağlı bildiriş təqdim ediblər. Lakin, mən həmin bildirişi oxumaqdan və imzalamaqdan imtina etmişəm”, - deyə o bildirib.
Fasilə zamanı müxalifət liderləri məhkəmə binasından çıxarkən idmançı görkəmində olan bir neçə şəxs onları təhqir etməyə başlayıb, davaya təhrik etməyə çalışıblar. Bütün bunlar çox sayda polis əməkdaşının gözü qarşısında baş verib.
Elə bu gün hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib və prokurorun çıxışını sentyabrın 26-na təyin edib.
İş üzrə təqsirləndirilənlər Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, partiyanın gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, həmin partiyanın şöbə müdiri Məmməd Məcidlidir. Onlar ictimai asayişi pozmaqda ittiham olunur.

XS
SM
MD
LG