Accessibility links

Müxalifət fəallarının məhkəməsi davam edib


Müxalifət fəallarının məhkəməsi davam edib

Müxalifət fəallarının məhkəməsi davam edib

İş üzrə təqsirləndirilənlər Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, partiyanın şöbə müdiri Məhəmməd Məcidlidir.

Səbael rayon məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında iştirakla bağlı ittiham olunan 4 müxalifətçinin məhkəməsi davam edib.
İş üzrə təqsirləndirilənlər Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı, gənclər təşkilatının rəhbəri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, partiyanın şöbə müdiri Məhəmməd Məcidlidir. Onlar ictimai asayişi pozmaqda ittiham olunur.
Turan Agentliyinin məlumata görə, bu gün şahidlər dindirilib və onların ifadələri ziddiyyətli olub. Lakin, vəkillərin bu ifadələri istintaq materiallarından çıxarmaq vəsatətləri təmin edilməyib.
Daha sonra, Fuad Qəhrəmanlı və Arif Hacılının çıxışlarının videosuna baxılıb, görüntülərdən onların insanları dinc aksiyaya çağırdığı aydın görünür.
Hakim həmçinin müdafiə tərəfin Bakı Meriyasının ictimai təşkilatlarla əlaqələr üzrə şöbə müdiri Zaur Ramazanovun prosesə dəvət edilməsi haqqında vəsatətini təmin etməyib. Bununla belə, Müsavat və AXCP liderləri İsa Qəmbər və Əli Kərimlinin şahid qismində dəvət edilməsinə icazə verilib.
Proses sentyabrın 23-də davam edəcək.

XS
SM
MD
LG