Accessibility links

Müxalifət fəalının həbs cəzası şərti cəza ilə əvəzlənib


O Ali Məhkəməyə şikayət edəcək

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində yerli müxalifət fəalı Zeynal Bağırzadənin apelyasiya şikayətinə baxılması başa çatıb. Məhkəmə Cinayət Məcəlləsinin 310-cu maddəsi üzrə ittihamı (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) cənab Məmmədlinin üzərindən götürüb.
Digər iki maddəyə - 178.3.2 (dələduzluq) və 320.2 (saxta sənədlərdən istifadə) gəlincə, məhkəmə cinayət cəzasının təyin edilməsi haqda CM-in 70-ci maddəsini tətbiq edib.
Yekunda birinci məhkəmə instansiyasının Z.Bağırzadənin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü həmin müddətə şərti cəza ilə (4 il sınaq müddəti olmaqla) əvəzlənib.
Turan Agentliyinin məlumatına görə, cümə günü keçirilən iclasda məhkəmə onun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı kimi aldığı 18,7 min manat məbləğində qanunsuz pensiyanın dövlətə qaytarılması barədə qərar çıxarıb. Bu 18 il ərzində toplanmış məbləğdir. Z.Bağırzadənin qohumları və həmkəndliləri bu məbləği toplayıb.
Z.Bağırzadə ötən ilin sonlarında həbs olunub və martın 2-də Naxçıvan məhkəməsi tərəfindən dələduzluqda ittiham olunaraq 7,5 müddətə azadlıqdan məhrum edilib. O, Çernobıl AES qəzasının iştirakçısının sənədini saxtalaşdırmaqda ittiham olunur. Z.Bağırzadə ittihamı rədd edərək onu siyasi motivli sayır.

Hökmün yumşaldılmasına və həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə baxmayaraq, müxalifət fəalı Zeynal Bağırzadə tam reabilitasiyaya nail olmaq istəyir. Bu barədə o, həbsdən çıxarkən Turana bildirib.
Cənab Zeynallı səhhətinin ciddi pisləşdiyini bildirib. “Məni hər dəfə məhkəməyə tibbi nəzarət altında aparırdılar”.
Əsasən bədəninin sol hissəsinin demək olar ki, iflic olduğunu, nitqinin zəiflədiyini, mədəsində ağrıların, şəkərli diabetinin olduğunu deyib. Z.Bağırzadə qeyd edib ki, bu xəstəliklər həbsdə olduğu müddətdə ona olan mənəvi və fiziki təzyiqlərin nəticəsində yaranıb. Fəalın sözlərinə görə, həbsdən sonra ilk müddətdə daha bərk döyülüb.
Z.Bağırzadə Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir. Əgər bu təmin olunmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.
O əmindir ki, siyasi motivlərlə təqib olunur və əsasən bu, Nehrəm kəndinə su verməyən yerli məmurların özbaşınalığına qarşı mübarizə apardığı üçün edilir .
Ötən ilin yayında o, kənd sakinlərinin etiraz aksiyasında fəal iştirak edib. Buna görə onu qardaşı, Xalq Cəbhəsi Partiyasının regional şöbəsinin rəhbəri Yaşarla birlikdə bir neçə günlüyə həbs edərək döyüblər.

XS
SM
MD
LG