Accessibility links

Müxalifət liderləri azad seçkilərin mühümlüyünü vurğulayır


Müxalifət liderləri azad seçkilərin mühümlüyünü vurğulayır

Müxalifət liderləri azad seçkilərin mühümlüyünü vurğulayır

İsa Qəmbər: “Zamanı yetişəndə demokratik qüvvələrin əməkdaşlıq formatı aydın olacaq”

Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri artıq ölkədə siyasi gündəmə ciddi aktivlik gətirib. Son günlər müxalifət partiyaları toplaşmaq azadlığı, seçki məcəlləsində dəyişikliklər, azad seçki uğrunda kütləvi aksiyalara cəhd edir. Siyasi partiya liderləri arasında müzakirələr də intensiv xarakter almaqdadır. “Amerikanın səsi” radiosu parlament seçkilərində müxalifətin vahid namizədlə iştirak edib-etməməsi sualı ilə Müsavat və Xalq Cəbhəsi partiyasının rəhbərlərinə müraciət edib.

Müsavat başqanı İsa Qəmdər bildirib ki, hazırkı anda müzakirələrin əsas mövzusu azad seçkiyə nail olmaqdır.“Bütün seçki dairələrindən seçkilərdə vahid namizədlə iştirak məsələsini hakimiyyət partiyası belə tənzimləyə bilmir. Müxalifətin qarşısında duran əsas məsələ dairələri bölüşdürmək, hər dairədən yalnız bir namizədlə seçkilərə getmək deyil. Bu da pis olmazdı. Amma müxalifətin əsas vəzifəsi ölkədə həqiqi, azad, ədalətli seçkiyə nail olmaqdır. Minimum proqram seçkiyə oxşayan bir seçkiyə nail olmaqdır”.

Onun dediyinə görə, müxalifət hazırda azadlıqların bərpa olunması, sərbəst toplaşmaq azadlığı, söz azadlığı, mətbuat azadlığı, “Seçki Məcəlləsi”nin təkmilləşdirilməsi, xüsusilə seçki komissiyalarının bərabər əsasda təşkili, qeydiyyat üçün depozitin bərpa olunması və bir sıra başqa məsələlərlə məşğuldur”.

”Müsavat” başqanı, seçki dairələrindən vahid namizədlə təmsil olunmaqla bağlı da məsləhətləşmələrin də davam etdiyini bildirib. “Zamanı yetişəndə demokratik qüvvələrin əməkdaşlıq formatı aydın olacaq”.

AXCP sədri Əli Kərimli isə “Müsavat” başqanın dedikləri ilə razı olduğunu deyib. O, eyni zamanda müxalifət daxilində daha sıx əməkdaşlığın əldə edilməsinə çalışmağın vacibliyini də xatırladıb. “Bu istiqamətdə bizim məsləhətləşmələr var. Son həftə ərzində Müsavat Başqanı ilə iki dəfə görüşüb müzakirələr aparmışıq”.

Cənab Kərimli ümid edir ki, danışıqlarda həm “Seçki Məcəlləsi”nə dəyişikliklərlə bağlı, həm sərbəst toplaşmaq azadlığına nail olmaqla bağlı, həm də seçki prosesində müəyyən əməkdaşlıq imkanları ilə bağlı razılıq əldə edə biləcəklər.

AXCP sədri müxalifətin birgə kütləvi aksiyalar keçirəcəyini də mümkün sayır.

XS
SM
MD
LG