Accessibility links

Bakıda polis aksiyanı dağıtdı (VIDEO)


Bakıda polis aksiyanı dağıtdı (VIDEO)
Bakıda polis aksiyanı dağıtdı (VIDEO)

Azərbaycan paytaxtında polis prezident İlham Əliyevin avtoritar idarə üsuluna etiraz edən nümayişçiləri həbs edib.

Reuters xəbər agentliyinin müxbiri deyir ki, cənab Əliyevin istefasına və “diktaturaya son” qoyulmasına çağıran vərəqələrin yayılmasından sonra ondan çox adam polis maşınlarına doldurulub. Müxalifət rəsmiləri paytaxtın müxtəlif nöqtələrində 100-dən çox müxalifətçinin, o cümlədən iki isveçli jurnalistin saxlandığını bildirir.

Polis keçmişdə Bakıda bir neçə dəfə oxşar aksiyaları dağıdıb. Rəsmilər Yaxın Şərq və Şimali Afrikanı bürüyən xaılq inqilablarına bənzər etiraz dalğasının qarşısını almağa çalışırlar.

Bu ayın əvvəlində Amnesty International Əliyev hökumətini müxalifət liderlərinə qarşı apardığı təhdid kampaniyasına son qoymağa çağırmışdı. Aprelin 2-də müxalifətin təşkil ediyi nümayiçdən sonra polis asayişi pozmaq maddəsi altında onlarla müxalifət tərəfdarını həbs edib. Polis martın 11-də buna bənzər aksiyanı dağıtmışdı.

XS
SM
MD
LG