Accessibility links

Rusiyada prezident seçkiləri başa çatdı


Rusiyada prezident seçkiləri başa çatdıqca ekzit pollar Vlimiri Putinin böyük səs çoxluğu ilə qələbə çalaraq rekord üçüncü dönəmə prezident seçildiyini göstərir.

Dövlətə məxsus rəy sorğuları aparan təşkilat cənab Putinin 58.3 faiz dəstəyə malik olduğunu bildirir. Bu rəqəm ona seçkilərin ikinci turuna çıxmadan prezident seçilməyə imkan verəcək.

Müxalifət liderləri və müşahidəçilər Rusiyada keçirilən prezident seçkilərində kütləvi saxtakarlıq hallarının baş verdiyini bildirirlər.

2000-08-ci illər arasında prezident olmuş Vladimir Putinin sabah keçiriləcək səsvermədə asanlıqla qalib gələcəyi gözlənilir. Amma əgər saxtakarlıqlara dair inandırıcı dəlillərin sayı artsa onda müxalifət qüvvələri xeyli güclənə bilər.

Qolos adlı müstəqil seçki monitorinq mərkəzi “karusel səsvermə” metoduna dair müxətlif mənbələrdən şikayətlər aldığını xəbər verir. Deyilənlərə görə eyni adamlar avtobuslarda müxtəlif məntəqələrə gedərək bir neçə dəfə səs veriblər. Qolosun vebsaytı mindən çox şikayəti qeydiyyatdan keçirib ki, bu sıraya qeyri-səhih seçici siyahıları və səsvermə məntəqələrində yararsız kameraların mövcudluğu daxildir.

“Əlbəttə ki, biz “karusellər” gözləyirdik,” ancaq bu miqyasda yox,” deyə müxalifətin xarizmatik lideri Aleksey Navalnı Twitter-də davamçılarına bildirib.

“Bu seçki deyil, imitasiyadır,” deyə başqa müxalifət lideri Boris Nemtsov bildirib.

Putin etirazçıların şikayətlərini rədd efərək onları “korlanmış urban elitistlər və Qərb ölkələrinin Rusiyanı fövqəldövlət statusundan çıxarmaq üçün beyinlərini doldurduqları avam zümrə" kimi səciyyələndirir.

XS
SM
MD
LG