Accessibility links

Müxalifətçi gənclər 3 sutka həbs edilib


Müxalifətçi gənclər 3 sutka həbs edilib

Müxalifətçi gənclər 3 sutka həbs edilib

Gənclər Məmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı tədbirdən qayıdırkən polis tərəfindən saxlanıb.

Fevralın 1-də Səbail rayon məhkəməsində hakim Fuad Hüseynov müsavatçı gənclər Tural Hacıbəyli və Amid Süleymanov barəsində 3 sutkalıq inzibati həbs qərarı çıxarıb.
Hər iki gənc yanvarın 31-də İranın Azərbaycandakı səfirliyi qarşısında saxlanılıb. Hakim T.Hacıbəyli və A. Süleymanovu inzibati xətalar məcəlləsinin 310-cu (polisə tabe olmama) və 267-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilib.
Gənclər Məmməd Əmin Rəsulzadənin ad günü ilə bağlı tədbirdən qayıdırkən polis tərəfindən saxlanıb. Gənclərlə polis arasında mübahisə yaranıb, daha sonra onlar polis bölməsinə aparılıb, yanvarın 31-i axşamdan fevralın 1-i günortaya qədər burada saxlanılıblar. Fevralın 1-də iş məhkəməyə göndərilib.

XS
SM
MD
LG