Accessibility links

Müxalifətçinin oğlu atasını təhqir edən digər şagirdi qətlə yetirib


Müxalifətçinin oğlu atasını təhqir edən digər şagirdi qətlə yetirib
Müxalifətçinin oğlu atasını təhqir edən digər şagirdi qətlə yetirib

Müxalifətçinin oğlu Cəlilabad rayon 7 saylı məktəbdə 8-ci sinifdə oxuyur. Döyülmüş və xəsarət almış atasının şəkilləri mətbuatda dərc edildikdən sonra bir qrup yuxarı sinif şagirdi Vasifi söyüş və təhqirlərlə ələ salmağa başlayıb, onu döyüb. Buna dözməyən 8-ci sinif şagirdi onu təhqir edən 10-cu sinif şagirdini bıçaqla qətlə yetirib.

Bu gün Cəlilabad rayonunda müxalifətçinin oğlu onu təhqir edən digər şagirdi qətlə yetirib. Rəsmi məlumatlarda 8-ci sinif şagirdinin 10-cu sinif şagirdini qətlə yetirdiyi təsdiq edilir. Amma, qətlin səbəbi barədə məlumat verilmir.

Turan Agentliyi hadisənin səbəbinin detalları barədə məlumat yayıb. Agentlik bildirir ki, bu gün Cəlilabad rayonunda yetkinlik yaşına çatmamış Vasif Mirələmov qətl ittihamı ilə həbs olunub. O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad təşkilatının sədri Təzəxan Mirələmovun oğludur. Atası 2 aprel mitinqi zamanı aldığı xəsarətlərdən sonra Mərkəzi Klinik Xəstəxanada müalicə olunur.
Müxalifətçinin oğlu Cəlilabad rayon 7 saylı məktəbdə 8-ci sinifdə oxuyur. Döyülmüş və xəsarət almış atasının şəkilləri mətbuatda dərc edildikdən sonra bir qrup yuxarı sinif şagirdi Vasifi söyüş və təhqirlərlə ələ salmağa başlayıb, onu döyüb. Buna dözməyən 8-ci sinif şagirdi onu təhqir edən 10-cu sinif şagirdi Cavanşir Həsənovu bıçaqla qətlə yetirib. Həsənovun atası keçmiş polis işçisidir.
Təzəxan Mirələmov Turana deyib ki, faciədən dərhal sonra Cəlilabadda onun evi qarşısında «rayon zəhmətkeşlərinin mitinqi» keçirilib.

Hadisəyə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da münasibət bildirib.

O APA agentliyinin “AXCP Cəlilabad rayon təşkilatının sədrinin məktəbli oğlunun başqa bir şagirdi öldürülməsi ilə bağlı rayonda aksiya keçirilib, siyasi şüarlar səsləndirilib...” sualının cavabında cənab Həsənov deyib ki, bu, əlbəttə ki, yaxşı hadisə deyil. “Mən bu məsələni siyasiləşdirmək istəməzdim. Hüquq-mühafizə orqanları yerində araşdırma aparır, hadisənin bütün təfərrüatları öyrənilir, müvafiq qiymət veriləcək və hadisənin təqsirkarları cəzasını alacaqlar”, - deyə o qeyd edib.

XS
SM
MD
LG