Accessibility links

Müxalifətin şənbə günkü nümayiş cəhdi və bununla bağlı həbslərə rəaksiyalar davam edir

  • Amerikanın səsi

Müxalifətin şənbə günkü nümayiş cəhdi və bununla bağlı həbslərə rəaksiyalar davam edir

Müxalifətin şənbə günkü nümayiş cəhdi və bununla bağlı həbslərə rəaksiyalar davam edir

İnsan hüquqları qrupu Amnesty İnternational şənbə günü Musavatın miting keçirmə cəhdinə qarşı polisin lazım olmayan şəkildə gücdən istifadə etməsini və həbsləri qınayıb. Fransa Xəbər agentliyinin yazdığına görə Təşkilatın nümayəndəsi Natalia Nozadze deyib ki, nümayişçilər dinc nümayiş keçirmə hüquqlarından istifadə etməyə cəhd göstərdiklərinə görə polisin müdaxiləsi ilə üzləşiblər və Azərbaycan insanların toplaşma azadlığı barədə öhdəliklərini yerinə yetirməlidir. O söyləyib ki, Azərbaycan rəsmiləri vətəndaşlarının dinc nümayiş keçirmə hüquqlarından istifadə etmələrinin qarşısını almağı dayandırmalı, söz və toplaşma azadlığı kimi hüquqlarına hörmət göstərməlidir.

The New York Times qəzeti isə yazır ki, Musavar partiyasının şənbə günü təşkil etdiyi etiraz nümayişində bir neçə yüz adam iştirak edib, onlardan əlliyə qədəri polis tərəfindən nəzarət altına alınıb.

Qəzetin dünən ki, nömrəsində verilən xəbərdə cümə günü gənclərin nümayiş keçirmə təşəbbüsünə qarşı polisin müdaxiləsinə də yer verilir. Qəzetin yazdığına görə üniversitetlər həmin gün dərsə gəlməyən tələbələri məktəbdən qovmaqda hədələyiblər. ABŞ səfirliyi də olaylardan narahatlığını bildirib.

Qəzet yazır ki, Əliyev hökuməti media hüquqlarının məhdudlaşdırılmaq və ölkədə təsirli demokratik təsisatları yaratmadığına görə tənqidlərə məruz qalır.

XS
SM
MD
LG