Accessibility links

Vaşinqtonda Afrikalı-Amerikalıların Tarix Muzeyi açılacaq [Video]


Vaşinqtonda Afrikalı-Amerikalıların Tarix Muzeyi açılacaq
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Sentyabr ayında Vaşinqton şəhərinin Smithsonian İnstitutu afrikalı-amerikalılara həsr olunmuş muzey açacaq. Bu, özündə afrikalı-amerikalıların tarixini və mədəniyyətini nümayiş etdirən ilk milli muzey olacaq.

Vaşinqton şəhərinin yaxınlığında yerləşən Smithsonian İnstitutu 8 ildir afro-amerikalıların bu ölkədə 400 illik tarixini əks etdirən eksponatlar toplayır. Lonni Banç Afrika-Amerika Milli Muzeyinin direktorudur. “Biz heç nədən başladıq. Lakin artıq bizdə ölkə boyu topladığımız 25 minə qədər eksponat var.”

Muzeyin təməli 2012-ci ildə qoyulub. Şəhərin mərkəzindəki Milli Xiyabanda yerləşən muzeydə hazırda yekun işləri görülür. Bu arada isə Mişel Qeyts Moresi və muzeyin digər kuratorları afrikalı-ameikalıların tarixindən bəhs edən eksponatları toplamaqda davam edirlər. “Real əşyalardan istifadə edərək, Smithsonianda əsl tarixi canlandırmamız unikal bir iş olacaq.”

Muzey Harri Tabmana aid 40-a qədər əşya əldə edib. 1800-cü illərdə o, yüzlərlə afrikalı-amerikalı qula yeraltı dəmiryol vasitəsilə qaçmağa yardım edib. Muzeydə hətta Tabmana hədiyyə edilən şal belə var. “İngiltərə kraliçası Viktoriya onu öz ad gününə dəvət etmişdi. Lakin onun tədbirə getməməsinə baxmayaraq, kraliça ona nailiyyətlərinin simvolu olaraq şal hədiyyə etmişdi”, deyə, Mişel Qeyts Moresi bildirir.

Qullar üçün istifadə edilən bu qandallar hər şeyi real təsvir edir. Banç bunun ağrılı, lakin tarix olduğunu deyir. “Bizim sərgilədiyimiz tarıx bir tərəfdən insanları qəzəbləndirəcək. Digər tərəfdən isə biz ümid edirik ki, Amerikaya keçmişin səhvlərini düzəltmək, kamilləşmək imkanı verəcək.”

Muzeydə akrikalı-amerikalıların film və musiqi sənayesindəki roluna dair sərgi də yer alacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG