Accessibility links

Kreativ etiraz metodları [Video]


Kreativ etiraz metodları
please wait

No media source currently available

0:00 0:02:13 0:00
Yaxın Şərq və Şimali Afrikanın bir çox ölkəsində divarlar və binalar küçə rəssamlığına lövhə olub. Ərəb baharı zamanı isə bu divarlar etiraz meydanına çevrilib.

Ərəb baharı islamçı professor Kristina Qruberin böyük təəccübünə səbəb olmuşdu. Xüsusilə Qahirədə olarkən o, inqilabın bir aspektinə daha çox diqqət verib.“Təhrirdə baş verənlər,etirazçıların incəsənət və yumor yolu ilə Online fəaliyyətləri məni heyran qoymuşdu.”

Etiraz metodları Qruberi çoxdan maraqlandırır. “Siyasi mövqe, küçələr və meydanlar kimi ictimai yerlərdə təkcə dillə deyil, incəsənətin müxtəlif yolları ilə bildirilir. Onlar narazılığı nümayiş etdirən plakatlar və şüarlardan istifadə edirlər.”

Gruber deyir ki, Tunisdən tutmuş Təhrir meydanınadək səsləndirilən şüarların çoxu özündə bədii ifadələri əks etdirirdi.

“Şüarı dəfələrlə təkrarladıqda bu sanki ürək döyüntüsünü xatırladır. Bunu Istanbul küçələrində də gördük. Mən şəxsən onların emosional rezonansını hiss etdim. "

Qruberin Miçiqan ştatında kuratorluq etdiyi Ərəb-Amerika muzeydə inqilab zamanı səslənən şüarlar, şəkilllər və digər eksponatlar nümayişə qoyulub. O deyir ki, ən böyük problem orijinal materialların olmamasıdır. "Kuratorlar ənənəvi metodlarla işləyir. Lakin bunlar incəsənət eksponatları deyil. Bunların əksəriyyəti rəqəmsal görüntülərin reproduksiyasıdır.”

Rəqəmsal texnologiya olmasa idi bu ekponatlar yerlərindən kənara çıxmayacaqdı.
XS
SM
MD
LG