Accessibility links

“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop


“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop
“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop

1956-cı il idi və gənc Merilin Monro Britaniyada sensasiya yaratmışdı. Merilin orada daha bir ekran ulduzu Lourens Olivye ilə bərabər filmdə çəkilirdi.

Mişel Viliams “My Week With Marilyn” filmində seksual sarışın Merlin Manro rolunu ifa edir. Filmin musiqisini Hollivud bəstəkarı Konrad Popdan yazmaq xahiş edilib.

Film Monro ilə gənc prodüser köməkçisi arasında qısa müddət davam edən məhəbbət macərası haqdadır. Hollivudda piano arxasında olan Konrad Pop fransalı bəstəkar Aleksandır Despletin musiqisindən istifadə edərək, film üçün yazdığı musiqi ilə 50-ci illərin əhval-ruhiyəsini yaratmağa çalışıb.

“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop
“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop

Konrad Pop: “Merlin Monro sözsüz ki, çox tanınmış aktrisadır və bu da bizə bir sıra gözəl musiqi parçalarından istifadə etməyə imkan verir. Merlin kişiləri hədsiz dərəcədə cəlb edən bir qadın idi, kişilər ona reaksiya verirdi və bu şən musiqilərin filmdə səslənməsinə şərait yaradır.”

Filmin musiqisini böyük diapazonda istifadə etmək olur. Eyni musiqi səhnədən-səhnəyə dəyişir.

Kornad Pop: “Sadə musiqini götürərək onu bir çox fərqli üslublarda yazmaq olur və biz məhz belə etdik.”

“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop
“My Week With Marilyn” filminin musiqisinin bəstəkarı Konrad Pop

Pop onlarla məşhur filmlərə musiqi bəstələmiş qocaman aranjmançı və dirijordur. Bəstəkar kimi bu onun ən böyük işidir. O deyir ki, bu zəngin film bəstəkar üçün yaradıcılıq baxımından ideal idi.

Konrad Pop: “Bəli, məncə, bu, Hollivudda musiqi ilə məşğul olan hər bir adamın arzuladığı layihə idi.”

O deyir ki, musiqi tamaşaçılara “My Week with Marilyn” hekayəsini və Monronun qısa və faciəli həyatını anlamağa kömək edir.

Merilin Monro 1962-ci ildə 36 yaşında artıq dozada narkotik qəbul etdiyinə görə vəfat etmişdir.

XS
SM
MD
LG