Accessibility links

Birmada uşaq əməyinin istismarı [Video]


Birmada uşaq əməyinin istismarı
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Yarım əsr hərbi rejimin nəzarətində durğunluq dövrünü yaşadıqdan sonra Birmanın yeni hökuməti əsasən azyaşlı uşaqların işləməyə məcbur edilməsi deyil, məktəbə getməsi kimi məslələr də olmaqla, vətəndaşların hüquqlarını qorumağa çalışır. Birma uşaq əməyinin istismarı göstəricisinə görə Cənub-Şərqi Asiyanın ən pis ölkəsi hesab edilir.

Tun Minin 12 yaşı olanda anası xəstələnir və o, məktəbi ataraq ailəni dolandırmaq üçün işləməyə başlayır. Biz çox yaşıdları kimi 16 yaşlı Tun Min səhər tezdən duraraq, qayığı ilə Yanqunun kənarındakı limanlardan balıq yığmağa gedir. O bu balıqları yerli bazarda satıb gündə 8 dollar qazanan bu yeniyetmə yaxşı bir gələcək ümidi ilə yaşayır. “Mənim arzum balıq bazarında ticarətlə məşğul olmaqdır. Ticarətlə məşğul olmaq üçün isə mənə müəyyən məbləğdə pul lazımdır” deyə, Tun Min bildirir.

Birmada 10 yaşından 17 yaşa qədər hər 5 uşaqdan biri məktəbi atmalı olur. Bu ölkədə uşaq əməyi turizmdən tutmuş, sənaye sektoru, hətta kənd yerləri də daxil olmaqla, demək olar bütün sahələri əhatə edir.

Xarici investisiya Birma iqtisadiyyatının əsasını təşkil etdiyi üçün işçi qüvvəsinə ehtiyac daha da artır. Bu isə azyaşlı uşaqların istismarının artmasına gətirib çıxarır. “Biz bu problemi həll etməsək, ölkə inkişaf edə biməz. Çünki uşaqlar ölkənin gələcəyidir və bunun üçün onlar təhsil almalıdır” deyə, "Milli Demokreatiya Liqası"nın üzvü Mey Vin Myant bildirir.

Birma qanununa görə yaşı 13-dən aşağı olan uşaqlar fabrik və zavodda işləyə bilməz. Uşaqların gündə yalnız 4 saat işləmək icazəsi olmasına baxmayaraq, bu qanuna məhəl qoyulmur. İnsan haqları qrupları belə qanunların sərtləşdirilməsinə və uşaqların məktəbə getməsinə çalışır. BMT-nin İnkişaflar Proqramından Maykl Slinsbi: “Mənim fikrimcə bu məsələ prioritet olmalıdır, amma eyni zamanda müsbət siyasətlə birləşməlidir. Əgər uşaq əməyinə qadağa qoyulsa, bunun gizli yollarla edilmə təhlükəsi artacaq və azyaşlı uşaqların əməyinin istismarı davam edəcək.”

Fəallar isə beynəlxalq investorları uşaq əməyindən istifadə etməklə, maliyyələşdirdikləri layihələri risk altına aldıqları barədə xəbərdarlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG