Accessibility links

Müxalifət lideri Myanmar parlament spikerinin partiya rəhbərliyindən çıxarılmasını qınayıb


Myanmarın müxalifət lideri Aunq San Su Kyi parlament spikeri Şvi Mannın iqtidarda olan partiyanın rəhbərliyindən çıxarılmasını qınayıb.

O, Xalq Həmrəyliyi və İnkişaf Partiyasının rəhbərinin vəzifəsindən azad edilməsini qeyri-demokratik adlandırıb.

Şvi Mann parlament spikeri kimi vəzifəsinə davam edir. Lakin onun bəzi parlament üzvlərindən istefasının tələbi ilə üzləşəcəyi gözlənilir.

Aunq San Su Kyi bildirib ki, irəli sürülən qanunvericiliyi gülünc adlandırıb. O onu konstitusiyada islahatlar aparılmasını dəstəkləyən Şvi Mann ilə bazar ertəsi günü görüş keçirib.

Myanmarda noyabr ayının 8-də parlament seçkiləri keçirəcək. Bu, 2011-ci ildə hərbi idarəçiliyə son qoyulduqdan sonra ilk seçkilər olacaq.

XS
SM
MD
LG