Accessibility links

Myanmar tiryək istehsalı üzrə dünyada ikinci yerdədir [Video]


Myanmarın Şan ştatı dünyada tiryək yetirşdirilən ikinci ən böyük bölgədir. 2000-ci ildən, Çində heroinə tələbat artıdığından bəri burada tiryək sahələri xeyli artırılıb. Lakin son zamanlar fermerlər tiryək istehsalını azaldır, BMT isə onların çoxunun qəhvə yetişdirməyə başlayacağına ümid edir.

İllərdir Şan ştatında minlərlə fermerinin əsas gəlir mənbəyi tiryək yetişdirilməsi olub. Lakin son zamanlar tiryək daha az yetişdirilir, qiymətlər isə tez-tez dəyişir. Tiryək fermeri, 54 yaşlı Lon San keçən il BMT-nin dəstəklədiyi məhsulun əvəz edilməsi proqramına qoşulan 400 fermerdən biridir. “Mən qəhvədən yaxşı gəlir əldə edəcəyimi düşünürəm. Mən tiryək əkəndə həmişə məhsulun məhv olacağından narahat olurdum, həm də bilirdim ki, bu, cəmiyyət üçün də yaxşı deyil.”

İndiyə qədər hökumətin tiryək yetişdirilməsinin azaldılması istiqamətində səyləri o qədər də ciddi nəticələr verməyib. BMT-nin məlumatına görə, keçən il regionda tiryək sahələri 57 min hektara çatmışdı. Bu, 2006-cı illə müqayisədə üç dəfə çoxdur.

Eyni zamanda, bu göstəriciyə əsasən, Myanmar Əfqanıstandan sonra dünyada tiryək istehsalına görə ikinci yerə çıxır. Lakin narkotik alverçiləri biznes üzrə yaxşı partnyor olmur. BMT-nin “Narkotik Maddələr və Cinayət” idarəsinin nümayəndəsi Yoxan Vays fermerlər üçün qəhvə sənayesinin daha əlverişli sahə olduğunu deyir. “Biz elə bir sahə tapmalıyıq ki, o həm davamlı, həm də iqtisadi baxımdan rəqabətə davamlı olsun. Burada, 1000-1700 metr hündürlükdə əsasən tiryək yetirşdirilir, amma belə bir yerdə yüksək keyfiyətli qəhvə yetişdirmək olar.”

Burada əkilən qəhvə plantasiyalarında məhsulun toplanması hələ bir neçə il sürəcək. Lakin bu müddət ərzində fermerlərə toxum və avadanlıq verilir, onlara təlimlər keçirilir. Hazırda bölgədə 200 hektar sahədə qəhvə əkilib və ilin axırınadək bunun 600 hektara çatdırılacağına ümid edilir.

Bölgədə vəziyyəti çətinləşdirən bu ərazilər uğrunda etnik silahlı qruplaşmalarla dövlət arasında mübarizənin davam etməsidir. BMT tərəflərin hər biri ilə razılıq əldə edib.

Hazırda geniş tiryək tarlaları olan Şan ştatının çox az hissəsi qəhvə plantasiyalarından ibarətdir. Lakin “Qızıl Üçbucaq” adlandırılan bu ərazilərin bir vaxt tiryək deyil, əla növlü qəhvə ilə məşhur olacağına ümidlər getdikcə artır.

VAŞ NC AS

XS
SM
MD
LG