Accessibility links

O, tərəfdarlarını qalib gəlməyən namizədləri provokasiyaya çəkməməyə çağırıb.

Birmanın demokratiya ikonası Aung San Suu Kyi bazar günü keçirilən tarixi parlament seçkilərində partiyasının qalib gəldiyini desə də, səslər hesablandığı üçün hələ qələbəni rəsmi olaraq elan etmir.

Milli Demokratiya Liqası qərargahının önündə müxbir və tərəfdarlarına müraciət edən Aung San Suu Kyi qalib olacaqlarına inandığını bildirib, amma partiyasının qələbəsini elan etməyib.

O, tərəfdarlarını qalib gəlməyən namizədləri provokasiyaya çəkməməyə çağırıb.

Qısa bir zaman sonra Birma Seçki Komissiyasının sədri Tin Aye bəzi nəticələri elan edərək NLD liderinin proqnozunu təsdiqləyib.

O, həmçinin bu səsverməni böyük uğur adlandırıb.

Komissiya sədrinin bəyanatına baxmayaraq, Myanmar Times qəzeti NLD-nin Birlik Seçki Komissiyasına seçki prosedurlarındakı dəyişikliklə bağlı rəsmi şikayət təqdim etdiyini xəbər verir.

Partiya iddia edir ki, komissiya yerli seçki rəsmilərinə səsvermə nəticələrini yerli və ştat seçki orqanlarının əvəzinə birbaşa komissiyanın paytaxt Naypitauda yerləşən ofisinə göndərmək göstərişi verib.

İki palatalı parlamentdəki yerlər üzərində 91 partiyadan 7 min namizəd mübarizə aparıb. Keçmiş Britaniya koloniyası olan Birma 1962-ci ildə general Ne Vinin hərbi çevriliş edərək, ölkənin konstitusiya və demokratik hökümətini ləğv etməsi nəticəsində illər boyu bütün dünyadan təcrid olunub.

XS
SM
MD
LG