Accessibility links

Adını unutduğunuz filmi tapmaq daha çətin olmayacaq.

“Whatismymovie” baxdığınız, çox xoşunuza gələn, ancaq adını unutduğunuz filmi axtarıb tapmaq üçündür. Bu haqda "Independent" qəzeti xəbər yayıb.

Bu texnologiya videonu minə yaxın yönünə görə analiz edərək istəklərinizə uyğun filmləri tapır.

“Whatismymovie” saytını yaradan finland texnoloqlar komandası iddia edir ki, bu axtarış sistemi “Dünyada bir-iki ipucu əsasında film axtaran ilk sistemidir” və hamımızın üzləşdiyimiz film adını unudarkən onu axtarıb tapmaq problemini birdəfəlik həll edəcək.

Finlandiyanın Oulu Univerisitetinin nəzdindəki “Valossa” adlı mərkəz təsvirə əsaslanan film axtarış sistemi olan whatismymovie.com-u qurmaq üçün investorlardan 650 milyon dollar vəsait cəlb edib. Bu texnologiya internetdəki film servislərində və əyləncə saytlarında səsli idarəetmə üçün “təbii, şaxələnən və oynaq axtarış” sistemi ilə bir növ musiqi axtarışı sistemi “Shazam”ı xatırladır.

Valasso ağıllı axtarış sistemi həmçinin xəbər verir ki, yeni sistem Apple Siri də və digər axtarış sistemlərində olduğu kimi səsli əmrləri də anlaya biləcək.

Hal-hazırda saytın bazasında 45000-dən çox ingilisdilli filmlə bağlı axtarış aparmaq mümkündür.

XS
SM
MD
LG