Accessibility links

Məzahir Əfəndiyev: Əfqanıstan narkotikləri Cənubi Qafqaz, Rusiya və Avropa regionu üçün ciddi təhlükədir


Məzahir Əfəndiyev: Əfqanıstan narkotikləri Cənubi Qafqaz, Rusiya və Avropa regionu üçün ciddi təhlükədir

Məzahir Əfəndiyev: Əfqanıstan narkotikləri Cənubi Qafqaz, Rusiya və Avropa regionu üçün ciddi təhlükədir

Əfqanıstan narkotikləri əsasən İran ərazisi vasitəsi ilə paylanır. Azərbaycanda 2010-cu ildə 1 ton 200 kiloqran narkotik zərəsizləşdirilib

Bu il yanvarın 24-də Tehranda “Əfqanıstandan daşınan narkotiklərə qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Avropa İttifaqının maliyyələşdirdiyi layihə çərçivəsində təşkil olunan ikigünlük tədbirə regionun bütün dövlətləri və beynəlxalq təşkilatlar qatılacaq.

Azərbaycanda Narkotiklərə qarşı Təbliğat təşkilatının rəhbəri, narkotiklərə qarşı mübarizə üzrə beynəlxalq ekspert Məzahir Əfəndiyev “Amerikanın səsi” radiosuna müsahibəsində Əfqanıstan narkotiklərinin marşrutları və regional təsirlərindən danışıb.

Sual: Əfqanıstan narkotiklərinin regional təsirləri nədir?

Cavab: Bunun üçün regionda gedən proseslərə və bundan əvvəlki illərin hesabatlarına nəzər yetirmək lazımdır. Döğrudan da Əfqanıstanda istehsal edilərək qanunsuz yollarla yayılan narkotiklər Qafqaz, Rusiya və Avropa regionu üçün ciddi təhlükə mənbəyidir. Bu baxımdan da beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı, nüfuzlu dövlətlər Əfqanıstan narkotiklərinin tranzit marşrutlarını müəyyənləşdirib, narkotiklərin yayılmasının qarşısının alınması üçün region ölkələrinə yardım edir. Çox güman ki, İranda Əfqanıstan narkotiklərinin yayılmasına qarşı mübarizə ilə bağlı beynəlxalq konfransın keçirilməsi də təsadüfi deyil. Çünki, 2009-2010-cu illərin hesabatları təsdiq edir ki, dünyada Əfqanıstan narkotikləri liderlik edir. Rusiya və Balkan marşrutu ilə daşınan narkotiklərin əsas başlanğıc nöqtəsi Əfqanıstandır. Bu narkotiklər əsasən İran ərazisi vasitəsi ilə paylanır. Çox yəqin ki, konfrans İran hökumətini Əfqanıstanla sərhədlərini daha da möhkəmləndirməyə və narkotiklərlə mübarzə səylərini artırmağa səsləyəcək.

Sual: Azərbaycan ərazisi ilə keçən qanunsuz narkotik marşrutlarında Əfqanıstanın və İranın rolu nə qədərdir?

Cavab: Azərbaycan narkotiklərin istehsalçı ərazilərdən istehlakçı ərazilərə çatdırılması üzərində yerləşir. Ona görə də, bir qayda olaraq narkosindikatlar, transmilli cinayəkar birləşmələr Cənubi Qafqaz dövlətlərinin ərazilərindən istifadəyə çan atır. Əfqan narkotiklərinin Avropaya daşınmasında bu ölkələri özləri üçün daha yaxşı hədəf hesab edirlər. Əvvəlki illərdəki kimi 2010-cu ildə də belə cəhdlər olub.

Azərbaycan hüquq-mühafizə orqanlarının zərərsizləşdirdiyi cinayətkar qrupların təhlili göstərir ki, Əfqanıstanda istehsal oluan opium, eləcə də kustar üsulla istehsal edilən heroinin İran vasitəsi ilə Azərbaycana keçirmə cəhdləri, eləcə də Azərbaycan üzərindən Rusiyaya aparılma halları müşahidə edilib. Xüsusilə də, İran vasitəsi ilə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçməklə Gürcüstan və daha sonra Türkiyə-Avropaya çatdırılma halları müşahidə olunub. Bu isə sübut edir ki, Əfqanıstan narkotiklərinin İran vasitəsi ilə Azərbaycana keçirilməsi təhlükəsi hələ də qüvvəsindədir.

Sual: 2010-cu ildə İran vasitəsi ilə Azərbaycana gətirilmiş nə qədər narkotik zərərsizləşdirilib?

Cavab: 2010-cu ildə Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz dövriyyədən 1 ton 200 kiloqram qanunsuz narkotik maddə çıxarıb. Bunun da əsas hissəsini İrandan Azərbaycana keçirilən narkotiklər təşkil edir. Bu narkotiklər əsasən quru yolları vasitəsi ilə keçirilib.

Sual: Əfqanıstan narkotiklərinin yayılmasının qarşısının alınması üçün Azərbaycanda beynəlxalq layihələr həyata keçirilirmi? Vaxtı ilə BMT Cənubi Qafqaz ölkələrində belə bir layihə həyata keçirirdi.

Cavab: 2011-ci ildə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda narkotiklərin qarşısının alınması istiqamətində hər hansı layihə həyata keçirilmir. Avropa İttifaqı və BMT-nin maliyyələşdirdiyi Cənubi Qafqazda narkotiklərə nəzarət proqramı 2009-cu ildə dayandırılıb. Bundan sonra, Azərbaycan hökuməti təşəbbüslər irəli sürsə də məsələ problem olaraq qalır.

Sual: Azərbaycan narkotiklərə qarşı mübarizə ilə bağlı beynəlxalq əməkdaşlıq şəraitində hansı işləri görür?

Cavab: Bu yaxınlarda, Rusiyanın narkotiklərə qarşı mübarizə xidməti ilə əməkdaşlıq sahəsində sənəd imzalanıb. Azərbaycan region dövlətləri, eyni zamanda da beynəlxalq təşkilatlarla bu sahədə geniş əməkdaşlıq edir.

XS
SM
MD
LG