Accessibility links

Güneyli vətəndaş hüquqları mudafiəçisi və mill fəal dünyasını dəyişib


“Amerikanın səsi”nin əldə etdiyi məlumata əsasən, güneyli vətəndaş hüquqları mudafiəçisi Nadralı Nasir Qiyası xərçəng (sərətan) xəstəliyi səbəbi ilə dünən iyunun 9-u Təbrizdə dünyasını dəyişib.

Nadralı Nasir Qiyası 21 fevralda “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə Tehran şəhərində tədbir keçirmək üçün imza kampaniyasında aktiv rol oynamışdır.

Milli fəal həmçinin Tehranda azərbaycanlı siyasi məhbusların durumu ilə bağlı məlumatların əldə edilməsi və onların ailələrinə dəstək kimi fəaliyyətlər göstərib.

Güneyli fəallar fevralın 21-i “Beynəlxalq Ana Dili Günü” münasibəti ilə Tehranda tədbir keçirmək üçün şəhər rəsmilərinə müraciət etmişdilər.

İranda çox milyonlu Azərbaycan türkləri ana dilində təhsil almaqdan məhrumdur.

XS
SM
MD
LG