Accessibility links

Nağd pulsuz cəmiyyət [Video]


Yaxın gələcəkdə nağd pul simsiz rabitə ödənişləri ilə əvəz oluna bilər

Nağd pul hələ də istifadə olunur, amma dünyanın ən böyük informasiya və maliyyə şirkətləri onu simsiz rabitə ödənişləri ilə əvəz etməyə çalışırlar. İsveçdə artıq pul əməliyyatlarının 85-90 faizi elektron şəkildə həyata keçirilir. Bu, mürəkkəb məsələdir və tam dəyişikliyə böyük müqavimət var.

Nağd insanın əlində tuta bildiyi və hər bir şeyi almağa və ödəməyə istifadə edə bildiyi bir vəsaitdir. Bəs nağd pul öz dəyərini itirirmi?

MasterCard İnnovasiya Qrupunun təmsilçisi Con Şeldonun sözlərinə görə, bütün dünya nağd pulsuz bir həyata keçid edir, əsasən də Afrika.

“Onların Avropa və Şimali Amerikada tətbiq olunan infrastrukturu ötürmək imkanları var, çünki onlar bunu edə bilərlər. Məsələn Çin də şəxsi kompyuterdən birbaşa 4G telefonuna keçdi. Afrika, Latın Amerikası, Cənub-şərq Asiyadakı icmaların da kredit kart və başqa üsullardan istifadə etmədən ödəniş texnologiylarını bir başa telefona keçirmək imkanları var. Onlar bunu daha tez edə bilərlər”.

MasterCard Nigeriya və Cənubi Afrika ilə “həyatın sübutu”adlı texnologiya üzərində işləyir. Bu texnologiya istifadəçi müəyyən edildikdən sonra nağd pulsuz ödənişləri qəbul edir və beləliklə dələduzluğun qarşısını alır.

“Mən alış-veriş edəcəm və alışı ödənişi üzümün şəkli ilə təsdiqləyəcəm. Bu şəkildən istifadə edərək malı alanın doğurdanda mən olduğumu təsdiqləyirəm. Cihaz şifrəmi axtarır və mənim burda olduğumu və ödənişi etməyə icazəm olduğumu təsdiqləyir”.

Əgər biz valyuta və ya nağd pulsuz işləməyə başlasaq bizim həyat keçirdiyimiz hər bir pul əməliyyatı nəzarət olunmağa və, daha da qorxulusu, idarə olunmağa məruz qalacaq

Nağd pul bütün qitələrdə çap olunur. Ancaq Kornel Universitetinin professoru Robet Hoket nağdsız ödənişlərin bir çox ölkədə zəruri olduğunu deyir.

“Çox vaxt bankinq xidmətlərini tapmaq çətin olur, bankirlərlə görüşmək və ya bank hesablarına pul qoymaq üçün rahatca gedə biləcəyin banklar yaxın olmur. Ona görə də, mobil telefon kimi balaca cihaz formasında öz bankını yanında gəzdirmək rahat olur”.

Skot Şey Nyu-York şəhərində yerləşən Signature Bankın sədri və təsisçisidir. O, ödənişlərin tamamilə nağdsız olmasından ehtiyyat edir.

“Əgər biz valyuta və ya nağd pulsuz işləməyə başlasaq bizim həyat keçirdiyimiz hər bir pul əməliyyatı nəzarət olunmağa və, daha da qorxulusu, idarə olunmağa məruz qalacaq”.

Bəs insanlar tamamilə elekton şəkildə olunan pull əməliyyatlarına hazırdılar mı? Bəhreynli Huda Alzira Nyu-Yorkdakı BMT baş qərargahın önündə bu sualı cavablandırır.

“Bəlkə də elektron ödənişlər onlayn alış-veriş üçün faydalıdır. Əslində bu qloballaşma üçün də yaxşıdır, çünki internetlə pulu ödəyib xaricdən mal ala bilirsən. Amma gündəlik həyatda məncə əlində nağd pulunun olması daha yaxşıdır”.

Pul ekspertləri nağd puldan istifadə edən ölkələrin pulu çap etmək, qorumaq və paylamaq kimi böyük xərclərinin olduğunu deyirlər. Amma hətta nağd puldan demək olar ki istifadə etməyən İsveçdə əhalinin ikidə üçü nağd pulu daşımağın hər bir insanın haqqı olduğunu düşünür.

XS
SM
MD
LG