Accessibility links

ABŞ-da prezidentliyə namizədlər "Super Tuesday"-ə hazırlaşır [Video]


Prezidentliyə demokrat namizədlər Hillari Klinton və Berni Sanders şənbə günü Cənubi Karolinada keçiriləcək parymeridə yarışır. Bu, demokrat namizədləri ölkənin cənubunda üzləşəcəyi ilk imtahandır. Bu arada hər iki partiyadan bütün namizədlər martın 1-də “Super Tuesday” adlanan və 12 ştatda keçiriləcək praymeri və kokuslara hazırlaşır.

Biz siyasi isteblişmentə, media istebliişmentinə meydan oxuyuruq və bizim gücümüz hər gün daha da artır

Demokrat namizəd Hillari Kliton Cənubi Karolinada afro-amerikalı seçiciləri cəlb etməyə çalışır. Bu, ökənin cənubunda keçirilən ilk praymeri olacaq və seçkidə çox sayda azlıqlar iştirak edəcək.

“İnanıram ki, əgər biz çox diqqət ayrılmayan icmalara da sərmayələr qoysaq və hər bir amerikalını ədalət və ləyaqətlə təmin etsək, bu bizim hamımızın xeyrinə olar.”

Klintonun rəqibi Berni Sanders də aktyor Danni Qloverin yardımı ilə qaradərili seçiciləri cəlb edir.

Lakin Sanders Cənubi Karolinadan daha çox Super Tuesday zamanı Missuri və Oklahomada keçiriləcək seçkilərə diqqət yetirir.

“Biz siyasi isteblişmentə, media istebliişmentinə meydan oxuyuruq və bizim gücümüz hər gün daha da artır,” deyə o bildirib.

Prezidentliyə demokrat namizəd Hillari Klinton

Prezidentliyə demokrat namizəd Hillari Klinton

Hər iki partiyadan namizədləri isə ən çox, yüzlərlə nümayəndənin söz mövzusu olan Super Tuesday maraqlandırır.

Respublikaçılar tərəfindən öndə gedən Donald Tramp bu ştatların bəzilərində keçirilən rəy sorğularında öndə gedir. O, Nevadada olduğu kimi bu ştatlarda da qalib gəlmək istəyir.

“Biz yevangelist xristinaların səslərini qazandıq, biz yaşlıların, yüksək ali təhsili, az təhsilli insanların səslərini qazandıq. Mən az təhsili insanları sevirəm,” deyə Tramp Nevada qələbəsindən sonra bildirib.

Senator Marko Rubio isə Trampın əsas rəqibinə çevrilmək istəyir.

Əksər respublikaçılar Donaldın vahid namizəd olmasını istəmir. Amma nə qədər ki, respublikçılar tərəfindən üç-dörd namizəd var, bu, Donald üçün bir o qədər xeyirlidir. Amma bu belə davam etməyəcək

“Əksər respublikaçılar Donaldın vahid namizəd olmasını istəmir. Amma nə qədər ki, respublikçılar tərəfindən üç-dörd namizəd var, bu, Donald üçün bir o qədər xeyirlidir. Amma bu belə davam etməyəcək,” deyə Rubio bildirib.

Hələlik isə o, Nevadada üçüncü yeri əldə edən Ted Kruzla mübarizəni davam etdirir.

Ted Kruz isə Trampa qalib gələ bilən və bundan sonra da ona qalib gələ biləcək yeganə namizədin özünün olduğunu bildirir.

Bundan əlavə Super Tuesday-ə hazırlaşan namizədlər arasında Ohayo qubernaotru Con Keysik və keçmiş neyrocərrah Ben Karson da var ki, onların hər ikisi Donlad Trampdan xeyli geridə qalır.

XS
SM
MD
LG