Accessibility links

Siyasi xadimlər, jurnalistlər və məşhurlar bu gün sabiq prezident Ronald Reyqanın həyatının yoldaşı Nensi Reyqanı son mənzilə yola salmaq üçün Kaliforniyanın Simi vadisinə toplaşır. Nensi Reyqan keçən bazar günü 94 yaşında vəfat edib.

Mərasimdə iştirak edənlər arasında birinci xanım Mişel Obama, sabiq prezident Corc Buç və xanımı Lora Buş, keçmiş dövlət katibi Hillari Klinton, Kaliforniyanın sabiq qubernatoru Arnold Şvartsneger, Reyqanlar ailəsi barədə yazan bir sıra jurnalıstlər və Hollivud aktyorları var.

Sabiq prezidentlərdən dördünün Mişel Obama, Lora Buş, Hilları Klinton və sabiq prezident Cimmi Karterin həyat yoldaşı Rosalin Karter ibadət mərasimində iştirak edəcək.

Vəfat etdiyi gündən bəri yarıya endirilmiş dövlət bayraqları bu gün də günün sonunədək sabiq birinci xanıma hörmət əlaməti olaraq eyni vəziyyətdə qalacaq.

Nensi Reyqan Kaliforniyanın Simi vadisindəki Ronald Reyqanın Prezident Kitabxanasında, həyat yoldaşının yanında dəfn ediləcək.

XS
SM
MD
LG