Accessibility links

Nanqa-Parbatda terror zamanı Azərbaycan alpinistləri zərər çəkməyib


Himalay zirvəsi Nanga Parbat
Himalay zirvəsi Nanga Parbat

Terror hücunu zamanı 10 alpinist güllələnib. Azərbaycan alpinistləri bu zaman oteldə olmayıb

Pakistanın Hilgit əyalətində gecə baş vermiş terror aktı nəticəsində azərbaycanlı alpinistlər zərər çəkməyiblər. Hadisə zamanı 1 nəfər rusiyalı, beş nəfər Ukrayna və üç nəfər Çin vətəndaşı öldürülüb. Bu, bazar günü Pakistanın şimalında Hilgit əyalətində otelə silahlı hücum zamanı baş verib. Bu barədə Reyter məlumat yayıb.

İnsident gecəyarısı baş verib. Müxtəlif qiymətləndirmələrə görə, on və on iki nəfər silahlı adam otelə daxil olaraq turistləri oyadıblar, sonra onları bayıra çıxararaq güllələyiblər.

Həlak olan on xarici turistdən biri Rusiyadan, beşi Ukraynadan, üçü Çindən olub. Bir turistin milliyyəti müəyyən edilməyib. Bunu Hilgit əyalətinin general-müfəttişinin müavini Əli Şer deyib.

Həlak olanların adları açıqlanmır. Mərhumların cəsədləri vertolyotla İslamabada göndərilib. Həlak olanların əksəriyyəti alpinist olub. Otel Nanqa-Parbat dağının ətəyində yerləşir (8156 m)

Nanqa-Parbata yürüşdə Azərbaycan alpinistləri də iştirak edir. Komandanın kapitanı İsrafil Aşurlu Turan agentliyinə bildirib ki, Azərbaycandan olan alpinistlər hadisə zamanı 6000 min metr yüksəkdə düşərgədə olublar. Bu səbədən də zərər çəkən olmayıb.

Terror aktı ilə əlaqədar zonaya Pakistan qoşunları yeridilib. Onlar yaraqlıların məhv edilməsi ilə bağlı əməliyyat keçirirlər. Bununla əlaqədar ekspedisiya dayandırılıb. Dağda olan alpinistlər aşağı enir və vətənə qayıtmağa hazırlaşırlar.
XS
SM
MD
LG