Accessibility links

Naoto Kan:Yaponiya misli görünməmiş bir fəlakətlə üzləşib(Yenilənib)

  • Amerikanın səsi

Naoto Kan:Yaponiya misli görünməmiş bir fəlakətlə üzləşib(Yenilənib)

Naoto Kan:Yaponiya misli görünməmiş bir fəlakətlə üzləşib(Yenilənib)

Yaponiyanın baş naziri Naoto Kan insanları patlayış baş verən nüvə obyektindən 20 km-lik məsafəyə köcməyə çağırıb. O, birnömrəli prioritetin insanların təhlükəsizliyi olduğunu bildirib. Baş nazir Yaponiyanın misli görünməmiş bir fəlakətlə üzləşdiyini deyib. Nüvə reaktorunun binasının dağıldığı, reaktoru bürüyən metal konteynerə isə ziyan dəymədiyi və hazırda reaktorda təzyiqin azaldığı bildirilir. Fukuşima reaktorunda partlayış təşvişləri daha da artırıb.Yaponiya mətbuatının məlumatına görə, 1300 adam həlak olub və ya itkin düşüb. 1000-dən artıq adam yaralanıb. Sunami baş verən zaman 4 sənişin qatarı yoxa çıxıb. Sahil kəndlər yerlə yeksan olub. 215 min adam sığınacaqlara yerləşdirilib.

XS
SM
MD
LG