Accessibility links

Massaçusetts Universitetinin alimləri günorta yuxusunun azyaşlıların hafizəsini gücləndirdiyini bildirir.

3-lə 6 yaş arasında 40 uşağın iştirakı ilə aparılan tədqiqat onların yatmamışdan əvvəl və oyandıqdan sonra yaddaşlarının yoxlanmasına əsaslanıb.

77 dəqiqə yatan uşaqlar yatmayanlarla müqayisədə aldıqları məlumatın 100 faizini yadda saxlaya bilib.Yatmayanlar məlumatın 15 faizini unudub. Bir gün sonra keçirilən araşdırmalar eyni nəticələr verib.

Alimlər məktəbəqədər uşaqların günorta yatızdırılmasını məsləhət görür. Onlar uşaqların hafizəsi və gələcək inkişafı üçün yuxunun böyük əhəmiyyət kəsb etdiyini deyir.
XS
SM
MD
LG