Accessibility links

Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının simvoludur


Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib
Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib

Noyabrın 25-də Bakı 2015 Avropa Oyunları Ceyran və Narı idman tədbirinin rəsmi simvolları kimi təqdim edib.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov bildirib ki, dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq.

Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib
Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib

“Ümid edirik ki, onlar birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcək. Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək”.

Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.

Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq.

Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib
Bakı 2015 Avropa Oyunları Ceyran və Narı simvol seçib

Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, bu simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şaddır.“Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG