Accessibility links

Nardaranda Fransa, İsrail, ABŞ, Ermənistanın bayraqları yandırılıb [Video & Fotoqalereya]


Aksiya iştirakçıları “İslam müdafiəsiz deyil”, ”Fransa İslamdan qorxur”, “Yaşasın peyğəmbər” şüarları qaldırıb

Yanvarın 21-də Bakının Nardaran kəndində Fransanın “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının verilməsinə etiraz olaraq etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları “İslam müdafiəsiz deyil!”, ”Fransa islamdan qorxur!”, “Yaşasın peyğəmbər!” şüarları qaldırıb.

Biz şiə müsəlmanlar olaraq istənilən terrorun əleyhinəyik. İŞİD-in tərətdiklərinə gəlincə, bunun islama hər hansı aidiyyatı yoxdur. Amma biz həm də müqəddəslərimizin təhqir olunmasını qəti şəkildə pisləyirik.

Fransa, İsrail, Ermənistan və ABŞ-ın bayraqları ayaq altına salınıb. Eyni zamanda iştirakçılar əllərində dini və Azərbaycanı dövlət bayraqlarını tutublar. Aksiya hakimiyyətlə razılaşdırılmasa da polis müdaxilə etməyib.

Qəsəbənin ağsaqqallarından biri Natiq Kərimov bildirib ki, qəsəbə sakinləri peyğəmbər (ə.s.)-ın təhqir olunmasına etiraz edir və dindarların hisslərinə hörmət qoyulmasını istəyir.

N.Kərimov həm də “Charlie Hebdo” jurnalı redaksiyasında törədilən terror aktını pisləyib.

“Biz şiə müsəlmanlar olaraq istənilən terrorun əleyhinəyik. İŞİD-in tərətdiklərinə gəlincə, bunun islama hər hansı aidiyyatı yoxdur. Amma biz həm də müqəddəslərimizin təhqir olunmasını qəti şəkildə pisləyirik," Kərimov qeyd edib.

Aksiya iştirakçıları Azərbaycan Xarici İşlər Nazirliyini peyğəmbərin təhqir olunmasına münasibət bildirməyə çağırıb. Bununla yanaşı “İsrailə ölüm!"”, “Amerikaya ölüm!”, “Fransaya ölüm!”, “Almaniyaya ölüm!”, “Danimarkaya ölüm!” şüarları səsləndirilib. Mitinqdə çıxış edən natiqlər ABŞ-ı ikili standartlarda və Dağlıq Qarabağ seprataçılarına dəstək verməkdə ittiham edib.

Bundan sonra İsrail, Fransa, Ermənistan və ABŞ bayraqları yandırılıb.

Aksiya insidentsiz başa çatıb.

XS
SM
MD
LG