Accessibility links

Nardarana giriş tam məhdudlaşdırılıb [Video]


Ntadarana gedən yol (Foto virtualaz.org saytından götürülüb)

Ntadarana gedən yol (Foto virtualaz.org saytından götürülüb)

Dekabrın 1-də gecə saatlarından hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində təhlükəsizlik tədbirlərini daha da gücləndirib.

Sabunçu körpüsündən Zabrat-Maştağa-Nardaran istiqamətində avtomobillərin hərəkəti birtərəfli daydada dayandırılıb. Nardaran kəndinin ətrafına isə xüsusi texnika cəlb olunub.

Yerli sakinlərdən biri Amerikanın Səsinə bildirib ki, Nardarana, o cümlədən Maştağa kəndinə gedən yollarda polis postları qoyulub. Maştağaya yalnız qeydiyyatda olan avtomobillər buraxılır. Nardaran istiqamətinə isə heç bir avtomobil buraxılmır. Yalnız Nardarandan insanların çıxmasına icazə verilir.

Sakinlərin dediyinə görə, postlardan biri Zabrat dairəsində, digəri Maştağa kəndində “Xəyal” Ticarət Mərkəsinin yanında Nardaran istiqamətinə gedən yolda, daha bir post isə Buzovna kəndi istiqamətindən Nardarana gedən yolda qoyulub. Postlarda Post Patrul Xidmətinin və Dövlət Yol Polisinin atomobilləri var. Eyni zamanda Daxili Qoşunların avtomatlı əsgərləri keşik çəkir. Bununla yanaşı, yerli polis bölmələrinin qarşısında zirehli avtomobillər var.

Nardaranda noyabrın 26-da keçirilən əməliyyat nəticəsində 5 nəfər yerli sakin ölüb. Ölənlərin cəsədləri hələ də ailələrinə verilməyib.

Müşahidəçilərin fikrincə, cəsədlərin basdırılması mərasimi geniş etirazlara yol aça bilər. Eyni zamanda, dekabrın 2-də şiələr İmam Hüseynin şəhid olması ilə bağlı matəmin 40-cı gününü qeyd edəcəklər.

Nardaran məscidi bu günün qeyd edildiyi əsas mərkəz hesab olunur. Hər il bu mərasimə minlərlə adam toplaşır. Bu il mərasim polislə toqquşma zamanı həlak olanların dəfni ilə eyni vaxta düşə bilər.

Yerli sakinlər 1400 il İmam Hüseynin namərdcəsinə qətlə yetirilməsilə bugünkü hadisələr arasında paralellər aparırlar.

XS
SM
MD
LG