Accessibility links

“Nardaran işi” məhkəməsində işgəncələrdən danışılıb [Video]


Taleh Bağırzadə rəsmi şəxslərin medianın xəbərlərinə müdaxilə etdiyini bildirib

Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə "Nardaran işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, prosesdə "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırzadə çıxış edib.

"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı
"Nardaran işi" ilə bağlı məhkəmənin qarşısı

O, televiziyaların Nardaran hadisələrinə görə saxlanılan şəxsləri terrorçu adlandırmasına etiraz edib. T.Bağırzadə deyib ki, bu sifariş televiziyalara prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tərəfindən verilib: "Bunu Əli Həsənov sifariş verib. Bizi terrorçu, kəşfiyyatçı kimi qələmə verirlər. Mən İranda və İraqda təhsil almışam və bu səhifələr elə ağdır ki, heç nə tapa bilməzsiniz. Televiziyalar Əli Həsənovun sifarişi ilə bunu edir. Əgər belədirsə, siz yerinizi verin Əli Həsənova, gəlib otursun burada. Bizim ifadəni fərqli formada göstərirlər. Əli Həsənovun barmaq izi bu cinayətdə özünü göstərir. Hamı görür ki, bizim günahımız yoxdur. Hakimiyyət başını itirib".

Hakim Əlövsət Abbasov isə bildirib ki, mətbuata nəzarət etmək onların işi deyil. Hakim məhkəmə iclasının açıq keçirildiyini deyib.

T.Bağırzadə isə bildirib ki, əgər Ə.Həsənov özünə güvənirsə, gəlib iclasda sözünü deyə bilər: "Nə Əli Həsənovdan, nə də İlham Əliyevdən qorxuruq. Biz onların topundan silahından çəkinmirik. İllərdir bu insanlara zülm edirlər. Bu zülmün sonu olacaq. Biz demokratik quruluş üçün mübarizə aparırıq. Bilirik ki, sonda sizə nə desələr, o hökmü də oxuyacaqsınız".

Daha sonra iclasda təqsirləndirilən şəxslərdən Etibar İsmayılov və Bəhruz Əsgərov ifadə verib. Onlar istintaq zamanı işgəncəyə məruz qaldıqlarını deyiblər.

Prosesi müşahidə edən AXCP sədri Əlim Kərimli jurnalistlərə bildirib ki, məhkəmədə deyilən işgəncə faktları ilə bağlı Baş Prokurorluq araşdırmalara başlamalıdır.

“Zakir Qaralov (Baş Prokuror) niyə susur? Prokurorluq orqanlarını vəzifəsini yerinə yetirməyə çağırıram. Tale Bağırzadə və digərlərinin məhkəməsində hüquq mühafizə orqanları əməkdaşları tərəfindən törədilən xeyli cinayət işi ifşa olunur. Milli Şuranın, AXCP-nin adı hallansın deyə, heç bir aidiyyatı olmadığı halda AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da süni şəkildə bu işə cəlb edilib. Həbs edilən şəxslərin ifadələrindən məlum olur ki, onlara çox dəhşətli işgəncələr verilibmiş. Mən bu ifadələri eşitdikcə fikirləşirdim ki, necə eyni millətin övladları biri-birinə bu qədər nifrət edə bilər? Hakimiyyət hansı təbliğatı aparıb ki, “bandotdel”in əməkdaşları öz soydaşlarına düşmənə olduğundan da artıq nifrət edə biliblər? Erməni əsirlərə vermədikləri işgəncələri Nardaran işi üzrə həbs olunanlara veriblər. Ya açıq şəkildə deyin ki, bu ölkədə hüquq yox, cəngəllik qanunları işləyir, ya da işgəncə verən şəxslər cəzalandırılmalıdır!”, Əli Kərimli qeyd edib.

T. Bağırzadə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı Taleh Bağırzadə da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb.

2015-ci il dekabrın 8-də AXCP sədrinin müavini F. Qəhrəmanlı da həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG