Accessibility links

“Nardaran işi” üzrə araşdırma – 87 nəfər barədə cinayət işi açılıb


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

“Nardaran işi” üzrə həbslər üç mərhələdə aparılıb”, - “Siyasi Məhbuslarsız Azərbaycan” ictimai alyansının araşdırmasında deyilir.

Birinci mərhələ -5-26 noyabr, 2015-ci il. “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və Sabunçu polisinin qarşısına toplaşan dindarlar həbs edilib.

İkinci mərhələ - 26 noyabr. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nardaranda xüsusi əməliyyatı. “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadə və onun bir qrup tərəfdarı həbs edilib.

Üçüncü mərhələ - 26 noyabrdan sonra. “Müsəlman Birliyi” Hərəkatının tərəfdarları və digər dindarlar, həmçinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs olunub.

“Nardaran işi” üzrə 200-dən çox adam saxlanılıb və ya həbs olunub. Onların bir hissəsi inzibati cəzalara məruz qalıb, 87 nəfərin barəsində cinayət işi açılıb və onlar həbs olunublar.

Onların əksəriyyətinə ifadə almaq üçün ağır işgəncələr veriblər. T.Bağırzadədən tələb olunub ki, Nardaranda etiraz mitinqlərinin Demokratik Qüvvələrin Milli Şurası və İranın xüsusi xidməti tərəfindən təşkil olunduğunu etiraf etsin.

Həbs olunanların əksəriyyəti uzun müddət vəkilsiz qalıb və onlar xarici aləmdən təcrid olunublar.

“Bütün bunlar belə güman etməyə əsas verir ki, “Nardaran işi” saxtalaşdırılıb və sifarişlidir”, Alyansın hesabatında deyilir.

“Nardaran işi” üzrə həbs olunanlar “Taleh Bağırzadə fenomeninin məhv edilməsi” və etirazların yatırılması məqsədilə planlaşdırılan qanlı əməliyyatın qurbanlarıdır.

Onlar siyasi məhbus hesab olunurlar. Çünki Avropa Şurası Parlament Assambleyasının2012-ci il 3 oktyabr tarixli qətnaməsinin meyarlarına uyğun gəlirlər. Həmin qətnamədə “siyasi məhbus” anlayışının təyini verilir”, sənəddə bildirilir.

Xatırladaq ki, həbs olunanlara qarşı ağır cinayətlər: qəsdən adam öldürmək, terrorizm, kütləvi iğtişaşlar, qanunsuz silah saxlamaq, hakimiyyətin zorla ələ keçirilməsi, dini ədavətin qızışdırılması və s. üzrə ittihamlar irəli sürülüb.

Dekabrın 8-də AXCP sədrinin müavini Fuad Qəhrəmanlı həbs edilib. O, hakimiyyətin zorla ələ keçirilməsi və dini ədavətin qızışdırılmasında ittiham olunub. Sonradan ona qarşı Cinayət Məcəlləsinin220.2-ci maddəsi (iğtişaşlara çağırış) üzrə ittiham irəli sürülüb.

Digər 27 nəfər isə ölkə regionlarında, o cümlədən Gəncədə ağır cinayətlər törətmək ittihamı ilə həbs edilib.

Bu hesabat açıqlandıqdan sonra oktyabrın 14-də Oqtay Gblalıyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Öz növbəsində, rəsmi orqanlar ölkədə insanların hüquq qarşısında bərabər olduğunu bildirir. İnsanların yalnız etdikləri qanunsuz əməllərə görə məhkum edildiyi qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG