Accessibility links

Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Hüseyniyyə Məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA agentliyinin məlumatına görə, Sabunçu rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində Hüseyniyyə Məscidində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə aparılıb və Sabunçu rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı. Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq həbs qətimkan tədbirinə dəyişdirilib və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın bir neçə üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.

XS
SM
MD
LG