Accessibility links

Nardaran küçəsində “Əli, Hüseyn, Allahu Əkbər” şüarı


Nardaranda etiraz
Nardaranda etiraz

Martın 1-də Bakının Nardaran kəndində küçələrdən birində divara “Əli, Hüseyn, Allahu Əkbər” şüarları yazılıb. Bundan sonra güc strukturları çoxsaylı kənd sakinini saxlayıb.

2015-ci il noyabrın 26-da Nardaran kəndində hüquq mühafizə orqanları xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər öldürülüb. Hadisələrdən sonra 68 nəfərhəbs olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin aşağıdakı maddələrilə ittihamlar irəli sürüb: 120 (qəsdən qətl törətmək), 214 (terrorizm), 220 ( kütləvi iğtişaşlar), 228 (qanunsuz silah və hərbi sursat saxlamaq), 233 (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili), 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və qrupların yaradılması), 281 (dövlət əleyhinə açıq çağırışlar etmək), 283 (dini düşmənçiliyin salınması), 315 (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməklə müqavimət göstərmək), 278 (hakimiyyətin zorla ələ keçirilməsinə cəhd).

Nardaran ağsaqqalı Hacıağa Nuri dünən səhər saatlarında kəndin küçələrindən birinə “Əli, Hüseyn, Allahu Əkbər” şüarlarının yazılması ilə bağlı Turan agentliyinə bildirib ki, bu, Nardarana qarşı təxribatdır və kənd sakinləri tezliklə bunun üstünün açılmasını istəyir.

“Özü də yarı kiril, yarı latın əlifbası ilə, qaçaraq çəkildə yazılan bir şüardır, mən bunu ancaq təxribat adlandırıram. Nardarandakı güc strukturlarına müraciət etmişik ki, bunun üstü açılsın. Bunu kimsə kənardan edib, kənddə qarşıdurma yaratmaq istəyir”, H.Nuri baş verənləri dəyərləndirib.

O həm də kəndin güc strukturlarının nəzarətində olduğunu bildirərək burada kənar “izin olduğu” qənaətindədir. Onun sözlərinə görə, bu məsələ ilə bağlı 30-a yaxın şəxs saxlanılıb, onlardan 10 nəfərə qədər şəxsə inzibati cəza verilib, qalan şəxslər martın 1-i axşam saatlarında sərbəst buraxılıb. Kəndin güc strukturlarının nəzarəti altında olduğunu yada salan H.Nuri bu halda belə işin baş verməsini “müəmma” adlandırır.

Kənddə yol tikinti işlərinin getməsi haqda danışan H.Nuri bildirib ki, İmam Hüseyn meydanından “Nardaran Piri”nə gedən 1 km.-lik yolun çəkilişinə başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG