Accessibility links

İran bu il narkomaniyaya qarşı mübarizə çərçivəsində çox ciddi layihələr həyata keçirəcək. İranın daxili işlər naziri, Narkotik Maddələrlə Mübarizə Komitəsinin baş katibi Mustafa Məhəmməd Nəccar Tehranda narkomaniyaya qarşı mübarizə üzrə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib. Bu barədə APA Agentliyi məlumat yayıb.
O bildirib ki, ötən 32 il ərzində İranda narkomaniyaya qarşı mübarizədə 3600 nəfər polis və hərbçi qətlə yetirilib: “2012-ci ildə narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizədə 1200 əməliyyat həyata keçirilib və nəticədə 490 ton müxtəlif növ narkotik maddə ələ keçirilib”.
Qeyd edək ki, İranda narkotik maddələrin istifadəsi və satışı qadağandır. Hər il qanunu pozan yüzlərlə şəxs edam cəzasına məhkum edilir.
Agentliyin digər məlumatına görə isə İanda Ərdəbil vilayətində narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən 85 nəfər edam cəzasına məhkum edilib..
Ərdəbil vilayətinin Ali Məhkəməsinin sədri Qulaməli Rzayi bildirib ki, 85 nəfərdən 8 nəfərin ölüm hökmü artıq icra olunub: “Onlardan üç nəfərin edam cəzası yaxın günlərdə, qalanlarının hökmü isə tədricən həyata keçiriləcək”.
XS
SM
MD
LG