Accessibility links

Naxçıvanda 93 kiloqram heroin tutulub


Heroin
Heroin

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında "Şahtaxtı" gömrük-sərhəd keçid məntəqəsində 93 kiloqram heroinin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin 19 iyun tarixli məlumatında deyilir ki, narkotik maddə Türkiyə vətəndaşı Cəlal Böyükaslanın idarə etdiyi "Volvo" markalı yük maşınında aşkar edilib.

Rentgen qurğusu vasitəsilə baxış zamanı gizli saxlanc yerində 180 bükümdə qablaşdırılmış ümumi çəkisi 93 kiloqram heroin aşkar edilib.

Mənbənin məlumatna görə, yük maşını Naxçıvanın ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedirmiş.

Fakt üzrə araşdırma aparılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG