Accessibility links

İranla sərhəddə 58 kiloqram narkotik götürülüb


narkotik
narkotik

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi cinayət işi açıb

Azərbaycan Dövlət Sərhəd Xidməti dövlət sərhədindən külli miqdarda narkotik vasitələrin İrandan Azərbaycana qanunsuz yolla keçirilməsinin qarşısı alıb, ümumilikdə 58 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin məlumatına görə narkotiklə mübarizə üqzrə əməliyyatlar Horadiz Sərhəd Dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndində və Göytəpə Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Sərxanlı kəndində yerləşən sərhəd zastavasında olub.

Sərhəd pozucuları sərhəd xidmətinin əməkdaşlarının müqaviməti ilə rastlaşıb geri qaçmağa məcbur olub.

Keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə külli miqdarda, - 9,1 kq heroin, 14 kq tiryək, 22,9 kq həşiş qətranı, 8,7 kq qurudulmuş mari­xuana, 120 qram kristall formasında heroin və 300 ml qabda metodon məhlulu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi Cinayət Məcəlləsinin 318 (dövlət sərhəddini qanunsuz keçmə), 206( qaçaqmalçılıq) 234
(qanunsuz narkotik vasitələri saxlama)maddələri ilə cinayət işləri başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG