Accessibility links

İrandan gətirilən brilyant və narkotik


Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Milli Təhlükəsizlik Nazirliyi İrandan narkotik gətirən qrupları həbs edib

Milli Təhlükəsizlik Nazirliyi külli miqdarda qanunsuz tiryək və heroin, 110,9 karat briliyant daş götürüb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə brilyant və narkotik gətirənlər saxlanıb.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr şöbəsinin məlumatına görə, İranın Astara şəhərindən narkotik gətirən mütəşəkkil qrupun üç üzvü yaxalanıb, onlardan 572,3 qram heroin aşkar edilərək götürülüb. Qrupun daha iki üzvünün adı istintaq bəllidir. İstintaq-axtarış tədbirləri davam etdirilir.
Milli Təhlükəsizlik Nazirliyinin daha bir əməliyyatı nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə 110,93 karat brilyant daşları Azərbaycana gətirən şəxslər cinayət başında yaxalanıb.
Belə ki, Azərbaycan vətəndaşları Məmməd Rzayev və Ramiz İbrahimov külli miqdarda brilyant daşları satış məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində alınmasını və qanunsuz olaraq Azərbaycana gətirilməsini təşkil edib.
Digər bir əməliyyat zamanı müəyyən olunub ki, Azərbaycan vətəndaşı – Ramil Tağıyev, İran vətəndaşları - Avızak Hassan Youssef oğlu, Sakanlou Hamzeh Bakır oğlu və hazırda şəxsiyyəti istintaqla araşdırılan Mahmud adlı iranlı cinayət əlaqəsinə girərək satış məqsədilə İran istiqamətindən külli miqdarda narkotik vasitələr olan tiryək və heroini gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək Azərbaycana gətirib.
Qrupun üzvləri yaxalanıb və onlardan 3 kiloqram 987,5 qram tiryək və 988,4 qram heroin götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir.
XS
SM
MD
LG