Accessibility links

Bakıda 420 kiloqram narkotik yandırılıb


narkotikin yandırlması (kollaj)
narkotikin yandırlması (kollaj)

Narkotiklər 158 məhkəmə qərarı ilə müsadirə edilib

Dekabrın 10-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupu bu il ərzində 158 məhkəmə hökmü ilə müsadirə edilməklə, barəsində məhv etmə qərarı çıxarılmış narkotik vasitələrin yandırma üsulu ilə məhvini təşkil edib.

APA agentliyinin məlumatına görə, 168 kq 977, 509 qr həşiş, 129 kq 432, 657 qr marixuana, 48 kq 951,3 qr heroin, 55 kq 546, 98 qr tiryək, 17 kq 119, 89 qr çətənə kolları, 261,702 qr psixotrop maddələr, ümumilikdə 420 kq-dan artıq narkotik vasitə aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Bakı Neft Maşınqayırma Zavodu ərazində yandırma üsulu ilə məhv edilib.
XS
SM
MD
LG