Accessibility links

Nərminə Ağası: Passage jurnalı üçün də xüsusi bir buraxılış hazırlayıram [Video]


Passage jurnalının baş redaktoru, IMPRESS. Ltd Nəşriyyat Evinin direktoru, incəsənət fəlsəfəsi doktoru, Üzeyir Hacıbəyli adına Azərbaycan Musiqi Akademiyasının dosenti Nərminə Ağası Amerikanın Səsinin qonağı olub.

Nərminə Ağası Amerikanın Səsində

Nərminə Ağası Amerikanın Səsində

Amerikaya səfərinin məqsədləri və yaradıcılıq yolundan bəhs edən jurnalist bu ölkəyə böyük bir media qrupu ilə gəldiyini deyib.

Onun bildirdiyinə görə, AZAL şirkətinin təşkilatçılığı ilə baş tutan bu səfərin məqsədi bir neçə reportaj hazırlamaq olub. Lakin daha sonra o, istiqamətini dəyişdirdiyini deyərək, Passage jurnalı üçün də xüsusi bir buraxılış hazırladığını bildirib. Nərminə Ağasi iki oğlunun burada çalışdığı və təhsil aldığı üçün bir qədər onlarla vaxt keçirmək istədiyini deyib.

Konservatoriya bazası karyeramda böyük rol oynayıb

Konservatoriya məzunu olan Nərminə Ağasi musiqi keçmişinin, konservatoriya bazasının onun hazırkı karyerasında böyük rol oynadığını vurğulayıb. Jurnalının adını da musiqi terminalogiyasından seçdiyini deyən jurnalist bunun başqa-keçid mənasının da jurnalına verdiyi imic olduğunu bildirib. Nərminə xanım musiqi keçmişinin onun çoxsaylı musiqiçilərlə apardığı müsahibələrinə peşəkarlıq qatdığını ifadə edib.

Nərminə Ağası Nikita Mixalkov ilə

Nərminə Ağası Nikita Mixalkov ilə

Yalnız ruc dilində dərc edilən Passage jurnalının gələcəkdə azərbaycan dilində də nəşriyyatını nəzərdə tutan Nərminə xanım azərbaycan dilini təkmilləşdirməklə daha geniş kütlələrə xitab etmək istəyində olduğunu bildirib.

Amerika ilk dəfə olmasa da, buradandan qayıtdıqdan sonra həyatı və yaradıcılığına əlavə edəcək Amerika təcrübəsinin önəmindən danışan Nərminə Ağasi budəfəki səfərinin onun həyatında bir dönüş nöqtəsi olacağına inanır.

O bunun nəticələrini görmək istəyini dilə gətirib. Nərminə Ağasi Passage jurnalını elə bir səviyyəyə çatdırmaq istəyir ki, məcmu Azərbaycanı dünyaya tanıtdırsın.

XS
SM
MD
LG