Accessibility links

Beynəlxalq Fəza Stansiyasında ammonium sızması müşahidə edilib


NASA ekipaj üzvlərinin təhlükədə olmadığını deyir

ABŞ fəza agentliyi NASA Beynəlxalq Fəza Stansiyasında ammonium sızması aşkar edildiyini və ancaq sızmanın ekipaj üzvlərinə heç bir təhlükəsi olmadığını bildirib.

Fəza stansiyasının ekipaj üzvləri sızma haqda dünən xəbər veriblər. NASA ekipaj üzvlərinin portativ və televizya kamerasından istifadə edərək sızmanın mənbəyini aşkar etdiyini bildirib.

Sızan ammoniumun miqdarı getdikcə artsa da fəza stansiyası normal fəaliyyətini davam etdirib.

Ammoniumdan stansiyanın enerji kanallarının soyudulması üçün istifadə edilir.

Stansiyada keçən il də sızma qeydə alınmışdı.Ancaq həmin sızmanın eyni mənbədən olub-olmadığı aydın deyil.
XS
SM
MD
LG