Accessibility links

ABŞ-ın fəza agentliyi NASA səkkiz yeni astronavt namizədini təqdim edib. Bu namizədlər 6300 müraciətçinin arasından seçilib.

Namizədlər avqust ayından etibarən Texas ştatının Hyuston şəhərində yerləşən Conson fəza mərkəzində təlimlərə başlayacaq.

Onarın çoxu ABŞ silahlı qüvvələrinin hazırki və ya sabiq üzvləridir.

NASA builki namizədlərdən dördünün qadın olmasını indiyədək qadın namizədlərin seçimi zamanı ən yüksək göstərici olduğunu bildirib.

Fəza agentliyi 45-dən 55-ə qədər astronavtı aktiv olaraq saxlamağı planlaşdırır.

NASA ortaq olduğu şirkətlərlə Beynəlxalq fəza stansiyasına astronavtların göndərilməsi üçün kosmik gəminin hazırlanması üzərində işləyir.

Fəza agentliyi həmçinin Marsa və ya astroidə göndərilə biləcək yeni tipli kosmik gəminin hazırlanması üzərində də araşdırmaları davam etdirir.
XS
SM
MD
LG