Accessibility links

NASA Ay haqda məlumat verir (audio)

  • Amerikanın səsi

NASA Ay haqda məlumat verir (audio)

NASA Ay haqda məlumat verir (audio)

NASA bu yaxınlarda Ay haqda toplanan faktları bölüşüb.

Yer kürəsindən biz Ayın yalnız bir tərəfini görürük. Yer Kürəsi ilə Ay arasında məsafə AyınYer kürəsi ətrafındakı orbitindən asılı olaraq təxminən 360-405 min kilometrdir. Bu məsafəni saatda 113 kilometr avtomobillə səyahət etməklə ən yaxşı halda 135 günə qət etmək olar. Ayın səthi 37 milyon 914 min kvadrat kilometrdir. Bu az qala Afrika qitəsi boyda ərazidir. Ayın orta radiusu 1737.4 kilometr, diametri isə 3474.8 kilometrdi. Ayın ən geniş kraterləri 2 500 kilometrdi. Ayda olan ən hündür dağlar doqquz kilometrə yüksəlir. Ayın ümumi çəkisi 74 sekstillion kiloqramdır.

NASA Ay haqda məlumat verir (audio)

NASA Ay haqda məlumat verir (audio)

Gün ərzində Ayın səthindəki ekvatorda hərarət 134 dərəcə selsiyə qalxa, gecə saatlarında isə mənfi 153 dərəcə selsiyə enə bilir. Ayın səthində cazibə qüvvəsi Yer Kürəsinin 1/6-dir. Ayın cazibə qüvvəsinə görə Yer Kürəsinin bütün sahillərində suyun səviyyəsi hər gün iki dəfə yüksəlir və iki dəfə azalır. Aydan toplanmış daşların ən qədimlərinin 4.5 milyard il ömrü var. NASA-nın Apollo proqramı zamanı toplanan daşların 382 kiloqram çəkisi var idi.

1610-cu ildə italiyalı astronom Qalileo Qaliley Ayı teleskopla müşahidə etmişdir. 1920-ci ildə Amerikalı alim Robert Qoddard Aya raket göndərməyi təklif edib. 1959-cu ildə Sovetin Luna 2 adlı kosmik gəmisi Aya çatıb. 1962-ci ildə isə ABŞ prezidenti Con Kennedi insan daşıyan ay proqramı təklif edib. 1964-cü ildə NASA Ayın səthinin yaxından TV şəkillərini çəkib və 1966-cı ildə Sovetin Luna 9 kosmik gəmisi Aya ilk uğurlu enişini edib.

XS
SM
MD
LG