Accessibility links

NASA Aya qayıtdı


ABŞ fəza agentliyi yenidən Aya geri dönür. Dünən gecə pilotsuz raket Ay atmosferini və tozunu araşdıracaq robot tədqiqatçı ilə birlikdə Birləşmiş Ştatların Virciniya ştatının Şərq sahillərindən fəzaya qalxıb.

LADEE kimi tanınan Ay Atmosferi və Toz Mühitini araşdıran cihaz avtomobil böyüklüyündədir və 100 gün ərzində aydan məlumatlar toplayacaq.

Alimlər ayın nazik atmosferi haqqında öyrənmək istəyir, çünki onlar düşünür ki, bu bizim günəş sistemimizlə oxşar ola bilər. Bu bilik onlara böyük asteroidləri və Merkuri də daxil olmaqla başqa planetləri daha yaxşı öyrənmək imkanı verə bilər.

NASA-nın Aya əvvəlki səfərlərinin çoxu Florida ştatından baş tutub. Aya buraxılan bu raket 50 milyondan çon insanın məskunlaşdığı ABŞ-ın şərq sahillərindən gözlə görünüb.
XS
SM
MD
LG