Accessibility links

NASA Curiosity tədqiqat aparatının Marsa enməsinə hazırlaşır


Eniş uğurlu olarsa, Curiosity Marsda həyatın mövcudluğunun mümkünlüyü ilə bağlı sirlərin açılmasına kömək edəcək.

NASA avqustun 6-da Curiosity tədqiqat cihazının saat 05:31-da Marsın səthinə enməsinə hazırlaşır.

Nüvə enerji ilə işləyən aparatın Qırmızı planetdə mikrobların mövcudluğuna dair müxtəlif informasiya toplayıb, Marsın səthinin şəkillərini çəkəcək. Lakin 8 ay sürəcək missiyanı yerinə yetirmək üçün elmi-tədqiqat aparatı müvəffəq şəkildə Marsa enməlidir.

NASA alimləri saatda 21min 240 kilometr sürətlə hərəkət edən Curiosity aparatının enməsinin ən çətin texniki sınaqlardan biri olduğunu deyir.

Eniş uğurlu olarsa, Curiosity Marsda həyatın mövcudluğunun mümkünlüyü ilə bağlı sirlərin açılmasına kömək edəcək.
XS
SM
MD
LG