Accessibility links

NASA Marsda araşdırmaları davam etdirir


NASA-nın özü idarə olunan “Curiosity” elmi laboratoriyası Mars planetində qayalar və torpaqdan nümunələr götürərək onları aparatda quraşdırılmış alətlər vasitəsi ilə analiz edir. Lakin alimlər Marsda aparılan ilkin araşdırmalar nəticəsində həyat əlamətinin olduğuna dair əsaslı dəlillərə rast gəlmədiklərini deyirlər.

Bazar ertəsi San Fransisko şəhərində mətbuat nümayəndələri ilə söhbət zamanı alimlər tədqiqatın bu mərhələsində Marsda həyatın təməl daşlarını tapacaqlarına ümid etmədiklərini bildiriblər.

NASA layihəsi alimlərinin keçən ay bildirdiyinə görə Marsdan gələn məlumatlar “tarix kitablarına salına bilər”. Bu, həm də elmi laboratoriyanın planetdə nə vaxtsa həyatın olduğuna dair ən sadə göstəriciləri kəşf etdiyini ehtimal edəcək.

Lakin missiyanın alimləri hazırda “Curiosity”nin sadəcə olaraq “maraqlı tərkiblər” tapdığını bildirib. Missiya alimlərindən biri bunu “Marsa səciyyəvi adi torpaq” adlandırıb.

Elmi laboratoriyanın cihazları kükürd və xlor tərkibli maddələri və su molekullarını təyin edib. Lakin NASA bunun qeyri-adi hal olmadığını və ərazinin yaş olduğuna dəlalət etmədiyini bildirib.
XS
SM
MD
LG