Accessibility links

NASA-nın sualtı laboratoriyası [Video]


NASA-nın sualtı laboratoriyası
please wait

No media source currently available

0:00 0:02:55 0:00

Aya, asteroidə və Marsa missiya planlaşdıran Qərb fəza agentlikləri astronovtlarını sualtı laboratoriyaya göndərir. Laboratoriya Floridanın Key Largo sahilində yer səthindən 20 metr dərinlikdə yerləşir. Astronavtlar burada prosedurları, cihazları və məhdudlaşmış mühitdə bir yerdə yaşamağı sınaqdan keçirirlər.

Luka Parmitano: "Əlbəttə, buraya uyğunlaşmaq istəyən, sizinlə rahat ünsiyyət qura biləcək, həm lider həm də sözə qulaq asan insan olmalıdır. Belə bir yeri işlədə bilmək və missiyanın rahat keçməsi üçün yaxşı balanslı insana ehtiyac var."

Avropa Fəza Agentliyinin astronavtı Luka Parmitano, NASA astronavti Serena Aunon və Deyvid Koan və Yaponyali astronavt Norişqe Kanay NASA Ekstremal Mühit Missiyası Əməliyyatları proqramının 20-ci komandasıdır.

İki təcrübəli dalğıç astronavtlarla geniş laboratoryada birlikdə yaşayaraq onlara fərqli mühitlər üçün təlim keçir.

Luka Parmitano: "Laboratoriyanın dışarısında, okeanda biz suya batmama nəzarət cihazından xüsusi vəziyyətlər üçün istifadə edə bilirik, Biz burda tamamilə mikro çəkidə və ya azaldılmış çəkidə ola və özümüzü planetin və ya astroidin və ya ayın səthindəyik kimi hiss edə bilərik."

Onların vaxtlarının çoxu yeni prosedurları sınaqdan keçirməyə gedir.

Luka Parmitano: "Biz həmçinin süni zaman gecikməsi tətbiq edirik. Beləliklə bizim bütün rabitələrimiz süni olaraq gecikdirilir ki, biz Marsın səthində olduğumuzda və dərhal birbaşa cavab ala bilmədiyimizdə nə baş verə biləcəyini araşdıra bilək."

Bəzən fəza üçün inkişaf etdirilmiş cihazlar su altında yaxşı işləmir.

Norişqe Kanay: "Biz real elmi araşdırmalar üçün inkişaf etdirdiyimiz cihazlardan istifadə etmək istəyirik. Lakin bu, suda yaxşı işləmir. Beləliklə bu halda biz dənizçi alimlərin nümunələr toplamaq üçün istifadə etdiyi normal cihazlardan yararlanırıq."

Sualtı laboratoriyada toplanan nümunələr Florida Beynəlxalq Universitetinin alimləri tərəfindən tədqiqatlarda istifadə olunacaq.

XS
SM
MD
LG