Accessibility links

NASA iki illik Mars missiyasına start verdi

  • Amerikanın səsi

NASA iki illik Mars missiyasına start verdi

NASA iki illik Mars missiyasına start verdi

ABŞ fəza agentliyi Marsda həyat əlamətlərini tədqiq etmək üçün son model roverini iki illik missiyaya göndərib.

NASA-nın 2.5 milyard dollarlıq Mars Elmi Laborotoriyası adlanan cihaz Floridadadan pilotsuz raket vasitəsilə kosmosa uçub.

Maşın həcmində olan roverin 17 kamerası, robotik qolu, lazeri və planetin qayalarını dəlmək üçün dreli var. Roverin Marsa avqust ayında çatacağı gözlənilir. Nəzərdə tutulan eniş nöqtəsi 150 kilometr genişiyindəki Geyl Krateridir. Bu krater Avtsraliyalı astronom Valter Geylin şərəfinə adlanır.

Alimlər kraterin bəzi cizgilərini analiz edərək bu qənaətə gəliblər nə vaxtsa bu ərazidən su axmış ola bilər. Alimlər roverin missiyası əsasında Marsın ətraf mühiti haqda tarixi bilgi əldə edəcəklərinə ümid bəsləyirlər.

XS
SM
MD
LG