Accessibility links

Beynəlxalq Fəza stansiyasında kosmik tullantılara görə ehtiyat tədbirləri görülüb


МКС

МКС

Beynəlxalq Kosmik Stansiyadakı altı kosmonavt kosmik tullantılardan qorunmaq üçün ehtiyat kapsullarında sığınmağa məcbur olublar.

ABŞ-ın fəza agentliyi NASA-nın bildirdiyinə görə, fəza stansiyasının fəaliyyət göstərdiyi on illər ərzində bu, ekipaj üzvlərinin orbitə atılmış tullantılardan gizlənmək və Yer kürəsinə mümkün qayıdışa hazırlaşmaq üçün kapsulda sığınacaq tapdığı üçüncü haldır.

Rusiyanın fəza agentliyi 1993-cü ildə kosmik fəzaya göndərilmiş Kosmos 2251raketinin qalıqlarının beynəlxalq fəza stansiyasından 23 kilometrlik məsafədə keçdiyini bildirir.

NASA bu məsafənin kosmonavtlar üçün təhlükə təşkil etmədiyini, lakin ehtiyat üçn onların evakuasiya edildiyini bildirib.

Ehtiyat kapsulları kosmonavtların Yer kürəsinə qayıtması, ya da təcili hallarda qayıtmaq üçün istifadə etdiyi Soyuz kosmik gəmisidir.

Kosmik tullantıların beynəlxalq fəza stansiyasiyasının yaxınlığından ötüb keçməsindən sonra kosmonaftlar yenidən iş ritmini bərpa edib.

Hazırda Beynəlxalq Fəza Stansiyasında üç rus, iki amerikalı və bir hollnad astronavt çalışır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG