Accessibility links

ABŞ fəza agentliyi NASA Aya yeni peyk göndərir [VİDEO]


NASA aya yeni peykini göndərir
please wait

No media source currently available

0:00 0:02:08 0:00
ABŞ fəza agentliyi NASA təhqiqatlar aparmaq üçün aya yeni peyk göndərir. Ayda atmosferi və ətraf mühiti təhqiq edəcək NASA-nın göndərəcəyi yeni robotun adı LADEE-dir. Kiçik avtomobil ölçüsündə olan bu robot yüz gün ərzində Yer kürəsini orbit edən aydan məlumat toplayacaq.

Alimlər Aydakı atmosferin bizim planetdəki günəş sisteminə təsirlərini müəyyən etmək istəyir. Alimlər bunu bilməklə, digər planetlərdəki asteroidlər barədə daha çox məlumat toplamağın mümkün olacağını deyirlər. LADEE eləcə də Ay tozları, onun elektrik cərəyanı, sıxlığı və kütləsini öyrənəcək.

LADEE-nin layihə meneceri Batler Hayn Aydakı tozun yerdəki kimi narın deyil, bərk olduğunu deyir. “Bu tozlar fəza qurğularının mühərriklərini sıradan çxıarır. Ona görə də əlac yolunu tapmaq lazımdır.”

Başqa məsələ də var. 1960-cı illərdə Aya gəlmiş kosmonavtlar orada günəşin çıxmazdan öncə yaratdığı parıltını təsvir etmişdilər. NASA bunun Ay tozundakı elektrik cərəyanı ilə əlaqəsi oldub-olmadığını bilmək istəyir.

LADEE-nin proqram təhqiqatçısı Sara Nobel artıq ilk missiyadan on illər vaxt keçdiyini deyir. “Bir sıra ölkələrin özəl şirkətləri yaxın illərdə Aya getməyi planlaşdırır. Toxunulmamış Ayı yenidən görmək yaxşı olardı."

NASA dünya boyu həvəskar astronomları LADEE-nin Aya enişini izləməyə çağırır.
“Aydakı tozun təsirləri həmişə var və biz bunun nədən ibarət olduğunu, atmosferə təsirlərini öyrənmək istəyirik,” deyə, Sara Nobel bildirir.

iPhone-a malik astronomlar pulsuz applikasiyanı tlefonlarına yükələyərək öz fiirlərini fəza agentliyi ilə paylaşa bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG