Accessibility links

ABŞ-ın fəza agentliyi NASA-nın Marsa fəza gəmisini endirmək üçün dizayn etdiyi yeni paraşüt sisteminin ikinci dəfə sınaqdan keçirilməsi cəhdi yenidən baş tutmayıb.

Aşağı sıxlıqlı supersonik deselarator (Low Density Supersonic Decelerator) adlı nəlbəki formasında məsafədən idarə edilən cihaz Havayda Kauai adasında ABŞ hərbi bazasından nəhəng helium şarı vasitəsi ilə havaya buraxıldıqdan bir neçə saat sonra Sakit okeana düşüb.

NASA rəsmiləri deyib ki, fəza gəmisində yerləşən təxminən 900 cm diametri olan paraşüt açılmayıb. Eyni hadisə keçən ilin iyun ayında keçirilən sınaq zamanı da baş vermişdi.

Yeni paraşut sistemi Mars missiyalarında robotların yumşaq enişi üçün dizayn edilib və gələcəkdə böyük fəza gəmilərinin qırmızı planetə enməsində də ondan istifadə edilməsi nəzərdə tutulur. Alimlər deyir ki, Marsın ətrafındakı nazik atmosfer qatı ağır və sürətli hərəkət edən fəza gəmilərinin enməsi üçün möhkəm paraşüt tələb edir.

XS
SM
MD
LG